Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/30/2026

Paylaşın

GÜNDƏM

Bakıda iki yolda asfalt örtüyü yenilənəcək

Yol

Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü, saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Həmçinin, Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i, saat 08:00-dan iyulun 6-sı, saat 08:00-dək asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.

Agentlik sürücülərdən xahiş edir ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə

Ən son

GÜNDƏM

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edib.

GÜNDƏM

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin