Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/27/2026

Paylaşın

GÜNDƏM

Əlyazmalar İnstitutu İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi

IMG-20260627-WA0029

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

İnstitutdan Baki-baku.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı paylaşımlar reallığı əks etdirmir.

“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası institutun fondunda mühafizə olunur.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilib.

Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim edib”, – qurumdan bildirilib.

Həmçinin bildirilib ki, sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır.

Qeyd edək ki, İsa Həbibbəylinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət

GÜNDƏM

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin