Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/27/2026

Paylaşın

GÜNDƏM

Bazar gününə hava proqnozu açıqlanıb

IMG-20260627-WA0023

İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir.

Bildirilib ki, gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb.

GÜNDƏM

İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin