Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

Mədəniyyət

Namanganda Şərq məqam sənətinin gələcəyi müzakirə olunub

Şərq məqam sənəti, Восточного искусства макома, Özbəkistan, Узбекистан, Namangan, Наманган

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Baki-baku.az xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxış edərək türk dünyasının zəngin musiqi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O, Özbəkistan Respublikasının Türk dünyasının mədəni irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində xüsusi rolunu qeyd edib, həmçinin ölkədə mədəniyyət, incəsənət, elm və təhsilin dəstəklənməsi sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib.

Aktotı Raimkulova çıxışında Fond tərəfindən mədəni irsin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən layihələrə, eləcə də Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq təşəbbüslərə xüsusi diqqət ayırıb. O vurğulayıb ki, müasir texnologiyalar və süni intellekt mədəni irsin, o cümlədən məqam sənətinin qorunması, öyrənilməsi və təbliği üçün yeni imkanlar yaradır

Forumun açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti tərəfindən irəli sürülən təşəbbüslərə xüsusi toxunan Aktotı Raimkulova Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə Ümumdünya Məqam Mərkəzi statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının, Beynəlxalq Rəqəmsal Kitabxananın və elmi laboratoriyanın yaradılması, həmçinin Ümumdünya Məqam Antologiyasının hazırlanması ilə bağlı təklifləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi dünya xalqlarının unikal musiqi irsinin qorunmasına və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlər, musiqişünaslar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri Şərq məqam sənətinin müasir inkişaf istiqamətləri, ənənəvi musiqi irsinin qorunması, rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi, eləcə də məqam sənətinin gənc nəsillər arasında təbliği məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İştirakçılar tərəfindən yüksək qiymətləndirilən konfrans, Türk və Şərq musiqi ənənələrinin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi, habelə humanitar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılıb.

Ən son

GÜNDƏM

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı

GÜNDƏM

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin