11 iyun 2026-cı il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Bakı şəhəri 83 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Baki-baku.az xəbər verir ki, şagirdlər dünya ədəbiyyatının klassik nümunələrindən olan Conatan Sviftin “Robin Hud” və “Qulliverin səyahəti” əsərləri barədə geniş məlumat veriblər. Məktəblilər hər iki kitabın süjet xəttini dərindən təhlil edib və bir-birlərinə suallar ünvanlayıblar. Şagirdlər əsərlərdə toxunulan əsas mövzular – ədalət, bərabərlik, azadlıq, cəsarət və fərqli mədəniyyətlərə dözümlülük kimi ali mənəvi dəyərlər ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin əsas məqsədi məktəblilər arasında mütaliə mədəniyyətini formalaşdırmaq, onlarda oxuduqları bədii əsərlərin mahiyyətini qavramaq və fərdi mülahizələrini sərbəst ifadə etmək bacarıqlarını inkişaf etdirməkdir.

