“Bank of Baku” ASC bu il yanvarın 27-də əlaqəli tərəf olan “Azpetrol Neft Şirkəti” MMC-dən əldə etdiyi 9,86 milyon ABŞ dolları (16,762 min manat) məbləğində subordinasiya borcunu tam şəkildə ödəyib.
Baki-baku.az bu barədə Banka istinadən xəbər verir.
Kredit təşkilatı subordinasiya borcunu 2016-cı ilin yanvar-mart aylarında 10 il müddətinə, illik 4,5 %-lə götürüb.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti”nə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.