Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/28/2026

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrı Moldovada Festivalda iştirak edəcək

IMG-20260528-WA0082

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovada keçiriləcək Ejen İonesko Teatrının XIV Beynəlxalq İfaçılıq Sənətləri Festivalında iştirak edəcək.

Baki-baku.az xəbər verir ki, mayın 27-dən, 30-dək davam edən festivalda teatr Jan Koktonun “Biganə yaraşıqlı” əsəri əsasında hazırlanan “Biganə məşuq” tamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə “Biganə məşuq” festivalda mayın 28-də nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru quruluşçu, səhnə və musiqi tərtibatçısı Aydan Həsənzadədir.

İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə, Mirzəağa Mirzəyev ifa edirlər.

Qeyd edək ki, bir hissəli səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq… Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin