“Bank Respublika” ASC “Milli Kart” MMC-dəki 8,3 %-lik payını satıb.
Baki-baku.az bu barədə Banka istinadən xəbər verir.
Bununla belə, payı alan şəxsin adı açıqlanmayıb.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.