Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində təşkil olunan tədbirdə şəhərsalma mövzusu sənət və poeziya dili ilə təqdim edildi

WhatsApp Image 2026-05-19 at 11.34.06 (1)

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası çərçivəsində QHT Agentliyinin “Urban Expo”dakı pavilyonunda “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi “Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” adlı tədbir keçirib.
Baki-baku.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, ekspertlər, şairlər, rəssamlar, əcnəbi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə moderatorluq edən İctimai Birliyin sədri Şəhla Nağıyeva bildirib ki, şəhər yalnız memarlıq və infrastruktur deyil, həm də yaddaş, kimlik, duyğu və mədəniyyət məkanıdır. “Milli ilmələrlə toxunan şəhər” anlayışı isə urban inkişaf prosesində mədəni irsin qorunmasının vacibliyini simvolizə edir.
Tədbirin əsas xüsusiyyətlərindən biri intellektual müzakirələrlə canlı bədii yaradıcılığın bir araya gətirilməsi olub. Panel müzakirələri ilə paralel olaraq ayrı-ayrı rəssamların şəhər, mədəniyyət və kimlik mövzularında yaratdıqları əsərlər nümayiş olunub, şairlər isə həmin əsərlərdən ilhamlanaraq poetik nümunələr təqdim ediblər.
“Mədəniyyətin şəhərsalmanın inkişafında rolu” mövzusunda təşkil edilən panel müzakirəsində yazıçı Sahilə Yaya mədəniyyətin davamlı şəhər həyatının formalaşmasında, sosial əlaqələrin möhkəmləndirilməsində və şəhərlərin humanist məkanlara çevrilməsində əhəmiyyətindən danışıb.
Digər paneldə isə Qüdrət İsmayılzadə “Ədəbiyyatda şəhər obrazı və şəhərsalma mədəniyyətinin formalaşması” mövzusunda çıxış edərək ədəbiyyat və poeziyanın şəhərlərin emosional və tarixi yaddaşının qorunmasındakı rolunu vurğulayıb.
Tədbirin bədii hissəsində şairlər Rəbiqə Nazimqızı, Jalə İsmayıl, Günel Xəzal, Aysel Kərim və Feyziyyə nümayiş olunan rəsm əsərlərinə həsr edilmiş şeirlərini səsləndiriblər.
Amerikalı şair Alison Mandaville tədbirə internet üzərindən qoşularaq rəsm əsərlərindən birinə ithaf etdiyi şeirini təqdim edib. O, eyni zamanda tədbirdə yaradılan əsərlərin paralel tərcüməçisi kimi çıxış edərək mədəniyyətlərarası ünsiyyətin və sənətin birləşdirici gücünü nümayiş etdirib. Daha sonra şeirin Azərbaycan dilinə tərcüməsi səsləndirilib.
Tədbir iştirakçıları qərara alıblar ki, layihənin ideyaları gələcəkdə müxtəlif mədəni və rəqəmsal platformalarda davam etdirilsin.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Liviya Dövləti Prezident Şurasının

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin