Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

GÜNDƏM

ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

IMG-20260515-WA0081

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.

Baki-baku.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib.

Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.

WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.

Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.

ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştiral edərək tədbir çərçivəsində “Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu” və “Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzularında infosessiyalar keçirəcək.

WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ictimai nəqliyyatda ilk dəfə olaraq "SİMA Pay" – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb.

Ən son

ƏDƏBİYYAT

Mixail Bulqakov məhz ikinci sənətkarlardan idi. Onun əsərlərini oxuyanda reallıqla mistikanın, gülüşlə faciənin, insanla şeytanın

ƏDƏBİYYAT

Mixail Bulqakov məhz ikinci sənətkarlardan idi. Onun əsərlərini oxuyanda reallıqla mistikanın, gülüşlə faciənin, insanla şeytanın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin