Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/06/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Rubikonu keçmək” ifadəsinin mənası və tarixi kökləri

“Rubikonu keçmək”

“Rubikonu keçmək” ifadəsi bu gün bir çox dillərdə işlədilən və insanın həyatında geri dönüşü olmayan, qəti və riskli qərar qəbul etməsini bildirən məşhur deyimlərdən biridir. Bu ifadə adətən elə vəziyyətlərdə işlədilir ki, artıq atılan addımdan sonra geri çəkilmək mümkün olmur və yalnız irəli getmək qalır.

İfadənin mənası yalnız qətiyyət deyil, həm də risk və məsuliyyət daşıyır. Bəzən insan və ya cəmiyyət elə bir nöqtəyə gəlib çatır ki, fəaliyyətin davam etdirilməsi təhlükəli olsa da, onu dayandırmaq daha ağır nəticələrə gətirib çıxara bilər. Məhz belə məqamlarda “Rubikonu keçmək” deyimi istifadə olunur.

Bu ifadənin yaranması qədim Roma tarixi ilə bağlıdır. Eramızdan əvvəl 49-cu ildə Roma sərkərdəsi Qay Yuli Sezar Qalliyadan Romaya doğru hərəkət edirdi. O dövrdə mövcud qanunlara görə, sərkərdələrin silahlı qoşunla İtaliya ərazisinə daxil olması qadağan idi. Rubikon çayı isə Qalliya ilə Roma arasında sərhəd rolunu oynayırdı. Bu səbəbdən həmin çayı keçmək açıq şəkildə üsyan və vətəndaş müharibəsinin başlanğıcı demək idi.

Tarixçi Svetoninin yazdığına görə, Sezar bu addımı atmazdan əvvəl tərəddüd içində olmuşdu. Lakin nəhayət qərar verərək qoşununa irəli getməyi əmr edir və Rubikon çayını keçir. Bu an o, məşhur “Püşk atılmışdır!” (latınca alea iacta est) ifadəsini işlədir. Bu sözlər artıq geri dönüşün olmadığını, taleyin müəyyənləşdiyini simvolizə edirdi.

Sezarın bu addımı Roma tarixində dönüş nöqtəsinə çevrildi. Onun sürətli irəliləyişi qarşısında Senat və konsullar müqavimət göstərə bilmədilər, Romanı tərk edərək Pompeyə qoşun toplamaq səlahiyyəti verdilər. Nəticədə başlanan vətəndaş müharibəsi Sezarın qələbəsi və Romada hakimiyyəti ələ alması ilə nəticələndi.

“Rubikonu keçmək” ifadəsi məhz bu hadisədən sonra məcazi məna qazanmışdı. Bu gün həmin deyim yalnız tarixi faktı deyil, həm də insanın həyatında ən çətin və taleyüklü qərar anlarını ifadə edir. “Geriyə yol yoxdur” fikri ilə eyni məna daşıyan bu ifadə, insanın qətiyyətini və risk qarşısında iradəsini vurğulayır.

Beləliklə, “Rubikonu keçmək” sadəcə bir tarixi hadisənin xatirəsi deyil, həm də insan davranışını və qərarvermə məntiqini əks etdirən güclü simvolik ifadədir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yaşıl çay əsrlərdir həm Şərq təbabətində, həm də müasir dietologiyada sağlamlıq üçün ən faydalı içkilərdən biri kimi tanınır.

Ən son

GÜNDƏM

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

GÜNDƏM

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin