Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/05/2026

Paylaşın

HƏR ŞEYDƏN

Ruhun qida yeri olan kəlamlar

Kəlam

Aşıq Veysəl: “Başqasının baharını çalanın bağçasında çiçək açmaz”

Tanrı Yer üzünü bircə “Ol”  kəlamı ilə xəlq etdi. Peyğəmbər əleyhissalamı Hira və Sina dağları arasında hüzura qovuşdurdu. Hira mağarasında Cəbrayıl əleyhissalamın vasitəsilə əyninə peyğəmbərlik xələti geydirdi. “İkr” ayəsi ilə  “Oxu!” dedi. “Qələm” və “Şüara” sürəsi ilə də Peyğəmbər əleyhissalamı burada –Şərqdə müjdələdi. Hirayi-nurun müqəddəsliyi yerüzünə belə yayıldı. “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin?” nidası ilə “Xəmsə” güzarından divanlar bağlandı. Xaqani Şirvani, İmaddədin Nəsimi, Ömər Xəyyam, Mövlana Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Şirvani, Təbrizi, Gəncəvi, Bakuvi, Beyləqani, Naxçıvani, Qarabaği imzası ilə qələm çalan dahilər doğuldu. Kəlamın və Qələmin vəhdətində Şərqin əzəmətini dünyaya nümayiş etdirən dahilər.

Başqasının baharını çalanın bağçasında çiçək açmaz. Başqasının günəşinin önünü kəsənin üzünə gün doğmaz” deyən, aşıq Veysəl: “Uzun incə bir yoldayam. Gedirəm, gündüz, gecə” sevdası ilə üzünü saza söylədi. Könlünün əbədi çırağı ilə dünyanı nura qərq etdi.

Yüz illərdir qopub gəldiyinə uzun,  incə yol gedən mütəfəkkirlər duyğuları, sevgiləri ilə bundan sonra da, diri, dipdiri olacaq. Şərqli hərarətinə, məhəbbətinə bu gün daha çox ehtiyac duyan dünyanı Şərqin irfan çeşməsindən içirəcək, suya çəkəcəklər.

Ömər Xəyyam: “Səssiz insanlara güvən, onların əməlləri gözəl olur”

Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyam ruhun qida yeri olan qəzəl, qəsidə və poemaları ilə yanaşı həm də müdrik kəlamlarıyla tarixdə qalıb. Bütün dövrlərin aynası olan bu kəlamı isə ən gözəl nümunə kimi yaddaşlara həkk olunub.  “Kim çox gözəl danışırsa, ona güvənmə, onun sözlərində hər zaman hiylə olur. Səssiz insanlara güvən çünki onların danışıqları yox, əməlləri gözəl olur”.

Əl Qəzali: “Susqunluğum çarəsizlikdən deyil, tərbiyəmdəndir

Bütün həyatını xanagahlarda keçirən, qüdrətli kəlamları, fəlsəfi traktatları ilə Şərqin zülmətdə doğan günəşinə çevrilən Əl Qəzali həm də sadəliyin əzəmətini özündə ehtiva edən düşüncələri ilə məşhurdur. Onlardan ikisi artıq atalar sözünə çevrilən bu kəlamlardır: “Ölü olsun, diri olsun kimsəni kiçik hesab etmə, çünki bilməzsən bəlkə o, səndən daha xeyirlidir”. “Mən kimsəyə yük olmadım. Kimsənin tikəsinə göz dikmədim. Yaxşılığı unudanı gördüm, amma pisliyi xatırlayan qəlbim var. Susqunluğum çarəsizlikdən deyil, tərbiyəmdəndir. Hər kəs bildiyini etsin, mən hesabımı Allaha həvalə etdim”.

Allah bəzən bir insanla yaralarına məlhəm, dərdinə dərman edər

Əl Qəzalinin bir kəlamı da var: “İnsanlar təsadüfən qarşılaşmazlar. Onları rast salan Allahdır. Qarşılaşdığın insanı bir düşün: yaxşı olanı,  saf olanı, əsəblə baxanı, ikiüzlü olanı, çox yara almış, çox sıxıntı çəkmiş olanı var. Bu insanların heç biri rastına elə-belə çıxmadı. Allah hər qarşına çıxanın bir səbəbi olduğundan soraq verir. Heç düşündünmü? Niyə bəzi insanlar səni yüksəldirkən digərləri könlünü qırır. Nə üçün bəziləri sənə mərhəmət öyrədir. Bəziləri səbri, məsafə qoymağı, kimisi də susmağı. Çünki bəziləri duadır, həyatına hüzur bəxş edir, qəlbində iz qoyur. Bəziləri imtahandır, imanını, niyyətini sınağa çəkir. Bəziləri aynadır, sənə özlərini göstərir. Bir qismi isə xəbərdarlıq edir, “buraya qədər” deməyi öyrədir. Allah səni kimlə rast saldı isə orada bir hikmət vardır: Ya şükür edəcəksən, ya da öyrənəcəksən. Yaxşılarla rastlaşanda şükür et, pislərlə rastlaşanda oyan. Çünki hər kəs könlündə qonaq olar, amma orada qalmaz. Kimisi səni qoyduğu izlə gözəlləşdirər, kimisi də yükü ilə ağırlaşdırar. Unutma! Allah bəzən bir insanla yaralarına məlhəm, dərdinə dərman edər. Bəzən də bir insanla duruşunu gücləndirər. Bu səbəbdən də, yaşadıqlarım başıma nə üçün gəldi söyləmə. Içinə dön, yaşadıqlarının öyrətdiklərini öz-özünə sual et!”

 Şərəf Cəlilli

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.

Ən son

Mədəniyyət

Bu peşə bayramı ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan

Mədəniyyət

Bu peşə bayramı ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin