2026-cı ilin yanvar-mart aylarında Bakıya səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 148 min 3 nəfəri kirayə götürülən evlərdə qalıb.
Baki-baku.az rəsmi statistikaya istinadla xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 0,2 % artıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında paytaxta gələn xarici turistlərin sayı 147 min 603 nəfər olub.
Həmçinin Bakıya gələn turistlərdən 400 min 517 nəfəri mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 89 min 211 nəfəri qohumların və ya dostların evində, 186 min 571 nəfəri isə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalıb.