2026-cı ilin yanvar-mart aylarında istehsal edilən məhsullardan yaranan ehtiyatların 50,5 %-i Bakı anbarlarında saxlanılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu ilin birinci rübündə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə istehsal vasitələrinin istehsalı 17,9 %, qısamüddətli istifadədə olan malların istehsalı 15 %, aralıq istehlak məhsullarının istehsalı isə 11,2 % artıb, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 0,5 %, enerji məhsullarının istehsalı isə 1,9 % azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2026-cı il aprelin 1-i vəziyyətinə 997 milyon manatlıq hazır məhsul olub.