Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/27/2026

Paylaşın

CƏMIYYƏT

Trendyol və PAŞA Holding regionlarda gənc qadınlar üçün süni intellekt layihəsi həyata keçirib

Trendyol və PAŞA Holding, Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Gəncə şəhərində “Süni intellektə yeni başlanğıc” adlı düşərgə – tədbir baş tutdu. Bu, təlim proqramı regionlarda yaşayan gənc qadınlar üçün yeni imkanlara açılan bir qapı təsiri bağışladı. “AI” düşərgəsi Trendyol, PAŞA Holding və Women in Tech Azerbaijan əməkdaşlığı ilə həyata keçirildi.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Gəncə və Mingəçevirdə təşkil edilən süni intellekt düşərgəsi 2026-cı il üzrə Beynəlxalq “İKT-də Qızlar” Gününün rəsmi mövzusu olan “İnkişaf üçün süni intellekt: Qızlar rəqəmsal gələcəyi qurur” çərçivəsində təşkil olunub və region gənclərinin texnoloji biliklərini gücləndirməyi qarşısına məqsəd qoyur. Təlimlər ümumilikdə 4 gün, hər regionda 2 gün olmaqla, həyata keçirilib.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Düşərgənin əsas hədəfi regionlarda yaşayan 18-25 yaş arası gənc qadınlara süni intellekt sahəsində praktiki biliklər qazandırmaq, onları bu sahədə düşünməyə, yaratmağa və tətbiq etməyə təşviq etməkdir. İki gün davam edən intensiv proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyasında AI imkanları, prompt, kontent yaradılması və e-ticarətdə AI tətbiqləri kimi mövzularda həm nəzəri, həm də praktik biliklər əldə edirlər. Eyni zamanda proqramda etik və təhlükəsiz AI istifadəsi, psixoloji yanaşmalar, qrup işləri və mini-lab sessiyaları da yer alır.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Təlimlərə ümumilikdə 80-ə yaxın, hər region üzrə 40 iştirakçı cəlb olunub. Onların hər biri tələbə, yeni məzun və ya karyerasının başlanğıc mərhələsində olan gənc qadınlardır. Bu təşəbbüs regionlarda rəqəmsal bacarıq boşluğunu azaltmaqla yanaşı, qadınların süni intellekt əsaslı iqtisadiyyatda daha aktiv iştirakını təmin etməyə yönəlib.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Tədbirin gedişində iştirakçılar yalnız bilik əldə etməklə kifayətlənmir, həm də öz fərdi AI yanaşmalarını formalaşdırır, real istifadə nümunələri üzərində işləyir və şəxsi fəaliyyət planları hazırlayırlar. Bu isə layihənin ən önəmli nəticələrindən biri kimi onların gələcək karyera yollarına konkret istiqamət verir.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Tədbirdə çıxış edən “Trendyol’’un Azərbaycanda Korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova texnologiyanın həyatımızdakı roluna diqqət çəkərək bildirdi ki, öyrənilən hər bilik gələcəyə qoyulan investisiyadır.

O vurğuladı ki, “Trendyol” yalnız texnologiyadan istifadə edən deyil, eyni zamanda onu yaradan bir şirkətdir və bu proses davamlı inkişaf tələb edir. Onun sözlərinə görə, müasir dövrdə süni intellekt xüsusilə e-ticarətdə mühüm rol oynayır  istifadəçilərə təqdim olunan fərdi tövsiyələrdən tutmuş məhsulların çatdırılmasına qədər bir çox proses AI vasitəsilə həyata keçirilir. O həmçinin qeyd etdi ki, texnologiya sahəsində qadınların sayının artması bu sahədəki stereotiplərin qırılmasının bariz nümunəsidir”.

Düşərgə iştirakçılarından biri, Azərbaycan Dövlət Aqrar Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Aynur Sərhədova isə düşərgədən gözləntilərini bizimlə bölüşdü. O bildirdi ki, onu ən çox düşündürən məsələ oxuduğu ixtisasla süni intellekti necə əlaqələndirə biləcəyidir. Aynur bu düşərgəyə yeni biliklər əldə etmək və öz suallarına cavab tapmaq ümidi ilə qatıldığını vurğulayaraq, bu təlimin gələcək yolunda ona istiqamət verəcəyinə inandığını qeyd etdi.

Trendyol, PAŞA Holding, Women in Tech Azerbaijan, “Süni intellektə yeni başlanğıc”

Gəncədə keçirilən bu AI düşərgəsi göstərdi ki, düzgün istiqamətləndirmə və imkan yaradıldığı halda region gəncləri, xüsusilə də qadınlar texnologiya sahəsində böyük uğurlar qazana bilərlər. Bu təşəbbüs yalnız bir layihə deyil, həm də gələcəyin rəqəmsal cəmiyyətini formalaşdıracaq yeni nəslin yetişməsinə verilən töhfədir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Kukla Teatrı məhz belə bir məkandır: burada hər küncdə uşaqlığın saf duyğuları, xəyalların rəngli izləri yaşayır.

Ən son

ƏDƏBİYYAT

Kitabxanadan Baki-baku.az-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən

ƏDƏBİYYAT

Kitabxanadan Baki-baku.az-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin