Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

WhatsApp Image 2026-04-23 at 11.25.50

Hər il aprelin 23-də dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur. Bu əlamətdar gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilib və qısa müddətdə beynəlxalq səviyyədə mühüm mədəni hadisəyə çevrilib.

Bu tarixin seçilməsi təsadüfi deyil. Aprelin 23-ü dünya ədəbiyyatında simvolik gün hesab olunur. Belə ki, bu tarixV ilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi görkəmli ədiblərin vəfat etdiyi gün kimi tarixə düşüb. Bu fakt ədəbiyyatın bəşəriyyət üçün ortaq dəyər olduğunu bir daha vurğulayır.

UNESCO bu gün vasitəsilə kitabların və müəlliflik hüququnun əhəmiyyətini ön plana çəkir. Təşkilat yaradıcılığın təşviqi, mədəni müxtəlifliyin qorunması və biliklərə bərabər çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, kitab oxuma vərdişlərinin inkişaf etdirilməsi və nəşriyyat sahəsinin dəstəklənməsi də əsas məqsədlər sırasındadır.

Azərbaycanda isə bu gün 1997-ci ildən etibarən qeyd olunur. Ölkəmizdə müəllif hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci il 20 aprel tarixində imzalanmış sərəncama əsasən, müvafiq qurumların birləşdirilməsi ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Bu qurum müəllif və əlaqəli hüquqların qorunması, piratçılıqla mübarizə, eləcə də patent və əmtəə nişanlarının idarə olunması sahəsində fəaliyyət göstərir.

Bundan əlavə, 2021-ci ilin aprel ayında Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb ki, bu da innovasiya və elmi nailiyyətlərin tətbiqinə əlavə təkan verir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü bir daha xatırladır ki, kitablar yalnız bilik mənbəyi deyil, həm də mədəniyyətlər arasında körpü rolunu oynayır. Müəllif hüquqlarının qorunması isə yaradıcı insanların əməyinə hörmətin əsas göstəricisidir. Bu gün həm oxucuları, həm də müəllifləri bir araya gətirərək, ədəbiyyatın cəmiyyətdəki əvəzsiz rolunu vurğulayır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də

GÜNDƏM

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin