Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/22/2026

Paylaşın

TARİX

Türkmənçay müqaviləsi – Vətəni ikiyə bölən rəsmi sənəd

Türkmənçay müqaviləsi

Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycanın tarixi ərazilərinə, xüsusən də, Alban məbədlərinin olduğu yörələrə kütləvi köçürülməsinə başlanıldı.

Taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycan tarix boyu sınaqlara çəkilmişdir. Zaman – zaman yadelli işğalçıların hücumlarına məruz qalan Azərbaycanın tarixi taleyinə kədərlə yazılan Türkmənçay müqaviləsinin dəhşətlərindən isə olmamışdır.

1813–1828-ci illərdə Azərbaycan dövləti 410 min kvadrat kilometr əraziyə sahib idi. Türkmənçay müqaviləsi ilə Azərbaycanın 130 min kvadrat kilometr ərazi isə Rusiyaya qatıldı. Bu müqavilə Qacar dövlətinin vahid tarixi torpaqlarının parçalanması demək idi. Bu səbəbdən də bütün tarixçilər qeyd edirlər: Azərbaycan tarixinin ən kədərli səhvlərindən biri 1828-ci il fevralın 9–10-da Çar Rusiya və Qacarlar dövləti arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini rəsmi şəkildə təsdiqləyən Türkmənçay müqaviləsidir. Əslində bu, bir xalqın ruhuna və mənliyinə edilən amansız təcavüz idi. Üstündən 198 il ötməsinə baxmayaraq, biz hələ də parçalanmış vəziyyətdəyik. Kədər hissi ilə qeyd edə bilərik ki. bu müddət ərzində Azərbaycan xalqının başına çoxlu fəlakətlər gəlmişdir. 20 Yanvar, Xocalı dəhşətləri, 2020-ci il Vətən Müharibəsindən sonra hüzura qovuşan Qarabağ və Şərqi Zəngəzurun işğalı, Qərbi Azərbaycanın boşaldılması dediklərimizə əyani sübutdur.

Türkmənçay müqaviləsi

Müqavilənin şərtlərinə görə İkinci Rus-Qacar müharibəsi başa çatmışdır

Türkmənçay müqaviləsi nə idi? Mahiyyətində hansı mətləblər yer alır? Bu hər bir azərbaycanlının üzərində düşünməli olduğu ciddi suallar sırasındadır. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, 1826-cı ildə Azərbaycan torpaqları uğrunda İkinci Rus-Qacar müharibəsi başlamışdır. Müharibədə üstünlüyü tezliklə ələ alan Rus qüvvələri Qacar ordusunu sıxışdırmış və Güney Azərbaycana daxil olmuşdur. Ağır zərbələr alan Qacarlar sürətlə geri çəkilmiş və sülh danışıqlarına başlamağa məcbur olmuşdular. Yermolov və Menşikovun Rusiya Xarici İşlər Nazirliyinə təqdim etdikləri yazılı təkliflər əsasında sülh və ticarət müqaviləsi layihəsi hazırlanmışdır. Qriboyedov Qacarlar dövlətinə təsir göstərərək onları inandırmışdır ki, Çar Rusiyası irəliləyərək Azərbaycana sahib olduqdan sonra bu geniş ərazinin müstəqilliyini təmin edəcək. Danışıqlar zamanı təzminat məsələsi üzərində ciddi narazılıqlar yarandığından danışıqlar kəsilmişdir. Bu səbəbdən də rus qoşunları hücumunu davam etdirərək yanvarın 28-də Urmiya, fevralın 8-də isə Ərdəbil şəhərləri işğal edilmişdir. Vəziyyətin çətinləşdiyini görən Qacar dövləti sülh şərtlərini qəbul etməyə məcbur olmuşdur. Fevralın 9-dan 10-a keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində imzalanan müqaviləyə əsasən Azərbaycanın tarixi torpaqları ikiyə bölünmüşdür. Müqaviləni Qacar dövləti tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli Şahın nümayəndəsi Allahyarxan Əsəfəldövlə, Rusiya tərəfdən isə general İvan Paskeviç imzalamışdır. Müqavilənin şərtlərinə görə İkinci Rus-Qacar müharibəsi başa çatmışdır. Qeyd edək ki, Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və digər məsələlərlə bağlı yeni maddələr əlavə edilmişdi.

Türkmənçay müqaviləsi

Türkmənçay müqaviləsinə qədər olan dövrdə Azərbaycanda mövcud olan xanlıqlar üç qismə bölünmüşdü

Türkmənçay müqaviləsi Azərbaycan türklərinin istilaya qarşı vahid amal uğrunda mücadiləsinin zəifliyi səbəbindən baş tutdu. Əgər o zaman xalq olaraq sözün həqiqi mənasında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyə bilərdi. Gülüstan və Türkmənçay müqavilələrindən öncə İbrahimxəlil xanın imza atdığı Kürəkçay müqaviləsi dediklərimizə əyani sübutdur. Bu dəhşətli müqavilələrdən sonra Azərbaycan təkcə ikiyə parçalanıb, iki imperiya arasında bölünmədi, Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycanın tarixi ərazilərinə, xüsusən də Alban məbədlərinin olduğu yörələrə kütləvi köçürülməsinə başlanıldı.

Türkmənçay müqaviləsinə qədər olan dövrdə Azərbaycanda mövcud olan xanlıqlar üç qismə bölünmüşdü. Bəziləri, tarixi həqiqti, gerçəyi nəzərə alıb Qacarlar dövlətinə meyil edir, bəziləri Rusiyaya sığınmağı önəmli sayır, qalanları isə Osmanlı İmperiyasının himayəsini qəbul edirdilər. Qubalı Fətəli xandan sonra bu xanlıqların içərisində heç bir güclü lider yox idi ki, Azərbaycanı vahid hakimiyyət altında birləşdirə bilsin.

Artıq 1806-cı ildə Qarabağ və Şəki xanlıqları Rus imperiyasının himayəsini qəbul etmişdilər. Şamaxı və Bakı xanlıqları isə Rusiyaya qarşı müqavimət göstərsələr də, az sonra onlar da mövqelərini dəyişməyə məcbur olmuşdular. İrəvan isə mücadilə edir, özünü qoruyurdu. Azərbaycan o dövrdə faktiki olaraq döyüş, siyasi mübarizə və hərbi münaqişə meydanına çevrilmişdi. Ölkədə olduqca gərgin və təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətdən xilas olmaq, qaçmaq mümkün deyildi.

Türkmənçay müqaviləsi

Şəhriyar: “Ya azad ol, ya tamam yan, Azərbaycan!”

Türkmənçay müqaviləsindən ötən 200 il ərzində Odlar Yurdu Azərbaycan çox itkilər verdi. Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran bir xalq Araz çayı və Xudafərin körpüsü ilə ikiyə bölünmənin ağrı-acısını yaşadı. Güney Azərbaycanda yaşayan 40 milyondan artıq soydaşımız ana dilində təhsil almaq hüququndan məhrum edildi ki, bu siyasət bu gün də davam etməkdədir.

Bu gün dünyada, İran İslam Respublikasında, Güney Azərbaycanda cərəyan edən hadisələr sübut edir ki, 30 illik işğaldan, intizardan sonra Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa dönən millət, məmləkət bir gün mütləq “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayılmazdım, zülm ilə ayırdılar” bayatısının yönünü dəyişib: “Sil, gözünün yaşını, ağlama bəsdir, Qaragilə” deyəcək!

Bu 200 ildir işğala, istilaya, əsarətə yox deyən “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir” nidası ilə qələm çalan, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” cəsarəti ilə Səttərxanlar, Xiyabanilər, Pişəvərilər, Şəhriyarlar doğan torpağın haqqıdır!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Ən son

GÜNDƏM

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.

GÜNDƏM

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin