Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/21/2026

Paylaşın

Uncategorized

Reklam Agentliyi dövlət dilinin qorunması ilə bağlı Bakıda maarifləndirmə kampaniyasına başlayıb

Reklam Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, ADRA

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) dövlət dilinin qorunması və təşviqi istiqamətində maarifləndirmə kampaniyasına start verib.

Baki-baku.az xəbər verir ki, bu barədə ADRA məlumat yayıb.

Qeyd olunub ki, kampaniya çərçivəsində açıq məkanda yerləşən reklam qurğularında “Dilimizi qoruyaq, sevək və yaşadaq!” şüarı ilə sosial reklamların yayımına başlanılıb.

Layihənin əsas məqsədi ictimai diqqəti ana dilinin düzgün istifadəsinə yönəltmək, xüsusilə reklam və kommersiya məzmunlarında dövlət dilinin norma və qaydalarına əməl olunmasını təşviq etməkdir. Yeni nəsil reklam qurğularında yayımlanan vizuallar vasitəsilə həm sahibkarlara, həm də geniş ictimaiyyətə Azərbaycan dilinin zənginliyinin qorunması və gündəlik istifadədə düzgün tətbiqinə dair çağırış edilib.

Bildirilib ki, bu təşəbbüs təkcə açıq məkandakı reklamlarla məhdudlaşmır. Agentlik tərəfindən sosial media platformalarında da eyni mövzuda kampaniya aparılır, həmçinin sahibkarlıq subyektlərinə yönəlik maarifləndirmə tədbirləri həyata keçirilir.

Belə ki, açıq məkanda reklamı olan sahibkarlara SMS vasitəsilə informativ məlumatlar göndərilir, dövlət dilinin reklam mətnlərində düzgün istifadəsi ilə bağlı tövsiyələr verilir.

“Gələcəkdə həm ənənəvi, həm də rəqəmsal platformalarda yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə cəmiyyətdə dilə həssas yanaşmanı gücləndirmək və dövlət dilinin bütün sahələrdə üstün mövqeyini təmin etməkdir”, – məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sərnişin tələbatını təmin etmək məqsədilə mayın 10-da Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Ən son

GÜNDƏM

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub.

GÜNDƏM

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin