Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

İQTİSADİYYAT

“Rabitəbank”ın problemli kreditləri 8 %-ə yaxın artıb

"Rabitəbank", Kredit

“Rabitəbank” ASC bu ilin I rübünü 5,096 milyon manat mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

Yanvar-mart aylarında “Rabitəbank”ın gəlirləri 49,393 milyon manat (1 il əvvələ nisbətən 21,5 % çox), xərcləri 42,998 nmilyon manat (25,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,3 milyon manat (26 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Rabitəbank”ın aktivləri 1 milyard 395,269 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Bunun 921,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,6 % böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 7,8 % artaraq 35,495 milyon manata çatıb.

Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 17,6 % artaraq 1 milyard 258,757 milyon manata, o cümlədən depozit portfeli 21,2 % artaraq 836,293 milyon manata, balans kapitalı isə 6,8 % artaraq 136,512 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “AzInTelecom” MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə, “Bakı Teleqrafı” ASC və “Bakcell” MMC-yə məxsusdur. R.Əliyev həm də “Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi, Stalin

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi, Stalin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin