Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/10/2026

Paylaşın

TARİX

Şərəfinə Köln kafedralı tikilən Azərbaycan mağları

WhatsApp Image 2026-04-10 at 09.51.04 (1)

Kantın təbirincə desək, İsa peyğəmbərin doğulduğu dövrdə haylar “qaraçılar kimi” süləngi həyat tərzi keçirir və ay ilahəsi Anahidə inanmaqla bütpərəst inancına sahib idilər. Bizim eranın ilk əsrində hayların tək Tanrıya bağlı olması barədə isə ciddi dəlil-sübut yoxdur.

Qurani-Kərimdə Allahın sevimli peyğəmbərlərindən biri kimi xatırlanan İsa peyğəmbərin doğuluşu hadisəsində diqqət çəkən bir məqam var: Bu, İncildə müxtəlif yazı variantlarında qeyd olunan, İsa doğularkən Şərq ölkəsindən gəlmiş və onun qarşısında səcdə edən üç müdrik şəxs barədə məlumatlardır.

Rəvayətə görə, həmin müdrik insanlar İsanın doğuluşunu öncədən ulduzlarla müəyyən edərək, xristianlıqda Vifleyəm ulduzu kimi tanınan səma cisminin hərəkətini təqib edib olduqca uzun məsafə qət edərək İsanın doğulduğu yerə gəlib çıxıblar. Yüz illər boyu xristian dünyası bu məsələyə xüsusi diqqət yetirib. İsanın doğulduğu yerə gəlib çıxan bu müdrik şəxslərin İsanın şəninə hədiyyələr gətirməsi ayrıca bayram kimi qeyd olunub. Avropa ölkələrində yanvarın ilk həftəsində bu hadisə bayram şəklində bu gün də qeyd edilir. Polşada isə yüz minlərlə insan küçələrə çıxaraq kütləvi şəkildə bayramlaşırlar.

Bu günə kimi xristian tarixşünaslığında həmin şəxslərin kimlikləri barədə dəqiq söz söylənilməsə də, aparılan araşdırmalar diqqəti cəlb edir. Bəzi xristian tarixçiləri onları Şərqin üç hökmdarı kimi, digərləri isə Babil və ya Persiya adlandırdıqları İran ərazisindən gələn münəccimlər kimi göstərməyə çalışır.

Peyğəmbərin doğulacağı xəbərinə sevinən müdrik şəxslər bütpərəstlikdən və atəşpərəstlikdən uzaq, tək Tanrıya bağlı insanlar idilər

Bəs İsa peyğəmbəri doğulduğu yerdə ziyarət edərək qarşısında səcdə edən bu üç böyük müdrik, inanc sahibləri kimlərdir? Geniş yayılmış düşüncəyə görə İsa peyğənbər miladi təqvimlə eramızın birinci ilinin başlanmasına bir həftə qalmış, dekabr ayının 24-də Fələstin torpaqlarında, Nazaretdə, digər fərziyə görə isə Beyt-i Ləhəmdə doğulub.

Qeyd etdiyimiz kimi bu gün də, Avropada İsa peyğəmbərə iman gətirən üç müdrik şəxsin şərəfinə bayram qeyd etmək ənənəsi var. Bu bayram hər il yanvar ayının 6-da təşkil edilir. Adı xristian dünyasında hörmətlə çəkilən həmin üç şəxsin İsa peyğəmbərin  doğulmasında  təxminən 10-12 gün sonra onun saxlanıldığı yerə gəldiyi ehtimal olunur.

Erməni haylar İsa peyğəmbərin doğuluşundan 350 il sonra xristianlığı qəbul etmişlər

Onların gəldiyi coğrafiyaya dair bu günə kimi bir çox səthi fərziyyələr, yanlış iddialar irəli sürülüb. Hətta xristian dünyasının bəzi dairələri erməni – hay Qriqorian kilsəsi vasitəsilə həmin üç müdrik şəxsinin etnik mənşəcə erməni olduqlarını təbliğ etməkdədirlər. 

Lakin xristian tarixi ilə bağlı ciddi tədqiqatçılar isə sübut edirlər ki, bu iddia əsassızdır, çünki erməni haylar İsa peyğəmbərin doğuluşundan 350 il sonra xristianlığı qəbul etmişlər. Onların xaç suyuna çəkilməsi hadisəsi isə Qafqaz, tarixi Azərbaycan torpaqları və indiki İran İslam Respublikasının tərkibində olan Güney Azərbaycan ərazilərindən kənarda baş vermişdir.

Tək Tanrı inancını təbliğ edəcək Peyğəmbərin doğulacağı xəbərinə sevinən müdrik şəxslər isə bütpərəstlikdən və atəşpərəstlikdən uzaq, tək Tanrıya bağlı insanlar idilər. Tarixi mənbələr də sübut edir ki, haqqında söhbət açacağımız bu üç müdrik şəxs Avropa və Qərb tarixşünaslığında Persiya, yəni müasir İran ərazisi ilə əlaqələndirilir.

Persiya dedikdə, Avropalıların ağlına bir qayda olaraq yalnız Perslər, yəni Farslar gəlir. Tarixi faktlardan da bəllidir ki, bizim eradan əvvəlki Perslər 12 zodiak və onların simvolları haqqında məlumatlı deyildilər. Onlar yalnız özlərinin istifadə etdiyi 30 aylıq təqvim yaratmışdılar. Üstəlik, miladdan əvvəlki dövrdə Perslər tək tanrıya etiqad etmirdilər. Əhəmənilərin ilk dövründə qədim Babil bütlərinə –  tanrıçalarına inanan Perslər, tək Tanrıya  tapınan Zərdüştün işıq təlimini ölümündən sonra təhrif edərək atəşpərəstlik dini yaratmış və bunu Pers dini inancı kimi qəbul etmişdilər.

İsa peyğəmbərin ilk səhabələri sayılan bu insanlar Matvey İncilində Maqus, yəni “Maq” kimi qeyd olunmuşlar

Bu qeydlərdən sonra İsa Peyğəmbərin doğuluşunu öncədən ulduzlara əsaslanaraq görmək üçün yola çıxan müdriklərin kimliyinə dair gerçəklərə işıq salmaq mümkündür. Öncə qeyd etmək lazımdır ki, bu müdriklər astronomiya və astroloji məlumat bazasından xəbərdar idilər. İsa peyğəmbərin doğulacağını dəqiqliklə hesablayan müdriklər 12 illik günəş və 12 bürclük ay təqvimlərinə bələd idilər. Həmçinin, günəş sisteminə daxil olan Jupiterin hərəkətini izləyərək baş verəcək prosesləri qabaqcadan fəhm edə bilirdilər.

Haqqında söhbət gedən bu üç müdrik İsa peyğəmbərin doğulacağı yerə doğru ulduzların hərəkət trajektoriyasını izləyərək yola çıxmış və kifayət qədər uzun bir məsafə qət etmişdilər. Təsadüfi deyil ki, İsa peyğəmbərin ilk səhabələri sayılan bu insanlar Matvey İncilində Maqus, yəni “Maq” kimi qeyd olunmuşlar. Xristian dini ədəbiyyatına görə, İsa peyğəmbərin ilk səhabələri olan bu üç müdrikin adları Melikyor, Kaspar və Baltazar olmuşdur. Onların cəsədləri Almaniyanın Köln şəhərində, onların şərəfinə tikilmiş məşhur məbəddə dəfn edilmişdir.

Xristian tarixçilərindən bəziləri həmin üç şəxsdən birinin qara dərili, Efiopiya mənşəli olduğunu ehtimal etsələr də, xristianların ciddi qəbul etdiyi “İsaya” kitabında da bu şəxslərin gəldiyi yer Midiya kimi qeyd olunur. Tarixşünaslıqda Midyə dedikdə qədim Azərbaycan torpaqlarında mövcud olmuş Manna dövlətindən sonra qurulan Midiya dövləti nəzərdə tutulur.

Mağlar qədim Azərbaycan əhalisinin tək Tanrı inancının yayılmasına xidmət edən boylardan biri idi

İsa Peyğəmbərin doğulduğu dövrdə Fələstin torpaqlarından şərqdə yerləşən ilk qüdrətli dövlət Ərsaklar dövləti idi. Parfiya adlandırılan bu dövlətin mərkəzi vilayətlərindən biri isə Atropatena, yəni Azərbaycan olmuşdur. Bu fakt İsa peyğəmbərin ziyarətinə gedən müdriklərinfarslarla heç bir əlaqəsi olmadığını sübut edir. Madaya – Midiya ölkəsində ilahi hikmətləri bilən tək Tanrıya bağlıolan maqlar İsa peyğəmbərin gəlişini öncədən müəyyən etmiş və ona iman gətirmək üçün nümayəndələrini Fələstin torpaqlarına göndərmişdilər.

İsa peyğəmbərin ziyarətinə gedən mağlar tək Tanrıya bağlı türk kökənli azərbaycanlılardı

Bu faktlara istinad edərək deyə bilərik ki, İsa peyğəmbərin ziyarətinə gedən mağlar tək Tanrıya bağlı türk kökənli azərbaycanlılardır. Miladdan əvvəlki minillikdə Azərbaycanda yaşayan xalqın inancı İbrahim peyğəmbərin Tövhiddininə əsaslanırdı və bu dinin təbliğinə xidmət edən şəxslər “Qamlar” deyə xatırlanırdı. Maqlar isə qədim Azərbaycan əhalisinin tək tanrı inancının yayılmasına xidmət edən boylardan biri idi.

Qədim Maday – Midiya ölkəsinin paytaxtı olan müasir Həmədan şəhəri eramızdan əvvəl Ekbatan adlanırdı və tək Tanrıya bağlı Qamların-Şamanların dini mərkəzi də məhz bu şəhərdə yerləşirdi. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki,  Mağların Perslərə – Farslara heç bir aidiyatı yoxdur. Bunu sübut edən digər bir fakt da mövcuddur: Belə ki, yahudi dini ədəbiyyatlarında Perslərin on illər boyu maqlara qarşı kütləvi qətl və soyqırım həyata keçirməsi barədə məlumatlar yer alır. Hətta Pers hökmdarı Koroşun, Babil yəhudilərinin istəyi ilə ildə bir günü “Qam öldürmə günü” elan etdiyi və həmin günü səhərdən axşama qədər hər kəsin maqlardan kim əlinə keçərsə onu öldürmək hüququ olduğu tarixdə məlumdur.

Haqqında söhbət açdığımız mağlar ərəb tarixşünaslığında yanlış olaraq atəşpərəst dininin kahinləri ilə qarışdırılır və məcusi adlandırılır. Tarixdən və dini ədəbiyyatlardan bəllidir ki, atəşpərəstlik dininin kahinləri möbid, möbidi və möbədan adlanırdı və məcusi deyilən mağlar isə heç bir halda atəşpərəst deyildilər. Bunu İslam tarixşünaslığında Həzrət Əlinin məcusilərə də ilahi kitab verilməsi barədə dediyi fikirlər də sübut edir.

Melikyarın yarı, Kasparın Kaspisi, Baltazarın zoru və zəri çox mətləblərə işarədir

Bütün bu faktlar sübut edir ki, həqiqətən də, Ekbatan Qamları yeni Tanrı Elçisinin – İsa peyğəmbərin gəlişindən xəbərdar olduqları zaman özlərinin təmsilçisi olan üç müdrik şəxsi qızıl və qiymətli hədiyyələrlə dolu sandıqlarla Fələstinə göndərmişlər. Həmin şəxslər İsa Peyğəmbərin doğumundan təxminən 10 gün sonra onun və anası Həzrət Məryəmin qaldığı yerə gəlib çıxmış, körpə İsanın qədəminə səcdə etmiş və gətirdikləri hədiyyələri Həzrət Məryəmə təqdim etmişlər.

Fələstində həmin dövrdə hökmdarlıq edən Kral Herodun adamları Şərq ölkəsindən gələn bu naməlum adamlar barədə ona xəbər çatdırmış və Kral həmin şəxsləri ələ keçirməyi əmr etmişdir. Bəzi xristian ədəbiyyatlarında isə həmin şəxslərin əvvəl Qüdsə gəldiyi və “Yahudilərin kralı olaraq doğulan körpə hardadır? Şərqdə onun ulduzunun doğduğunu gördük və ona səcdə etməyə gəlmişik” dediyi qeyd olunur. Oda qeyd olunur ki, bu kəlmələr “Qüdsdə və Kral sarayında böyük narahatlıq yaratmışdır”.

Qeyd olunan bu faktlar bir daha sübut edir ki, şərəfinə Köln kafedralı tikilən İsa peyğəmbərin ilk səhabəsi – Melikyar, Kaspar və Baltazar həqiqətən də sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq və tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycanın bağrından qopmuşlar. Bu faktı sübut edən digər bir amil isə üç səhabənin adlarında mühafizə olunan bir yaddaşımızla bağlıdır. Melikyarın yarı, Kasparın Kaspisi, Baltazarın zoru və zəri çox mətləblərə işarədir. Mövlana Cəlaləddin Rumi deyirdi: “Bizi bilənlər bilir, bilməyənlər də bildiyi qədər bilir!”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

GÜNDƏM

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq

GÜNDƏM

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin