Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/08/2026

Paylaşın

TARİXİMİZ

Ağdaban faciəsindən 34 il ötür

IMG-20260408-WA0005

Bu gün, 8 aprel 2026-cı il, Kəlbəcərin Ağdaban kəndində baş vermiş faciənin 34-cü ildönümüdür.

Baki-baku.az xatırladır ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Həmin gecə kənddəki gözətçi məntəqəsinə qalxan silahlılar, burada keşik çəkən 3 nəfəri qətlə yetirmiş, kəndin üst yanındakı bənd-bərələrdən səhər saat 6-da silahlardan atəş açmağa başlamışdılar. Qırğın əvvəlcədən planlaşdırılmışdı: evləri talan edənlər, mal-qaranı aparanlar, əsir götürənlər və qətlə yetirənlər xüsusi qruplara bölünmüşdülər.

Ağdaban qətliamında kəndin 779 nəfər dinc sakini müxtəlif növ işgəncələrə məruz qalmış, 67 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onların arasında səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq və yeddi qadın da vardı. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır.

Ermənilərin vandalizmi yalnız insan həyatına zərər verməklə bitməmiş, Azərbaycanın mədəni irsinə qarşı da yönəlmişdi. Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilmiş, kəndin digər mədəniyyət abidələri dağıdılmışdı.

Bu faciəyə ilk hüquqi-siyasi qiyməti Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vermişdir. O, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırmış və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirmişdir.

2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərkən Ağdaban da vətənə qovuşmuşdur. Bu gün Ağdaban Azərbaycanın ərazisindədir və çiçəklənmə dövrünü yaşayır.

Ağdaban faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz iz qoymuş, erməni işğalçılarının törətdiyi vəhşiliklərin simvoluna çevrilmişdir. Hər il bu gün xatırlanır, həm faciə qurbanlarının xatirəsi yad edilir, həm də Azərbaycanın ərazi bütövlüyü və mədəni irsi uğrunda mübarizəsinin əhəmiyyəti vurğulanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan I Liqasında çıxış edən "Səbail"in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin