Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/07/2026

Paylaşın

HƏR ŞEYDƏN

İosif Stalin: Əsəbi, sərt, ayağının altına kətil qoyan çopur adam

IMG-20260407-WA0008

Bir halda ki, hakimiyyət mənim əlimdədir, mən təcrid olunmağın tərəfdarıyam

Liderlər, tarixi şəxsiyyətlər mənfi və müsbət obrazları ilə özlərindən sonra xatirə kitablarında, memuarlarda yer alırlar. Onlardan biri də Bakının cibgir “Koba”, dünyanın faşizmin belini qıran generalissimus kimi qəbul etdiyi İosif Stalindir. Rusiyalı yazar Yuri Borev “Staliniada” kitabında yazır: “Stalin alçaqboy bir adam idi. Movzaleydə dayananda yanındakılarla eyni boyda görünmək üçün ayağının altına kiçik bir kətil qoyurmuş”.

Onun sifəti çopur içində idi, can güdənləri ona çopur deyirmiş. Üst dodağı batıq, alt dodağı isə irəli çıxırmış. Həyatının son iki ilində insult keçirdiyindən əlinin biri işləmirdi. Onun əsəbiliyi danışığına ara verərkən, həm də tez addımlamasından bəlli olurmuş. Başını qaldırmadan yeriyir, səsi boğulmuşdu.

Stalin heç kəsə inanmırdı. Xalqı həmişə ayıq olmağa çağırması onun şüurunda hamıdan şübhələnmə xəstəliyi yaratmışdı. İnanacağı yeganə informasiya kimisə ləkələmək idi və insan Stalinə nə qədər yaxın idisə, ləkəyə də bir o qədər asan yapışırdı. Stalin deyirdi: “Bir halda ki, hakimiyyət mənim əlimdədir, mən təcrid olunmağın tərəfdarıyam”.

Stalin böyük mədəniyyətə sahib olmadığından ziyalıları sevmirdi

O, məqsədində doğru irəliləmək üçün səbirlə, ardıcıllıqla və fanatik inadla hərəkət edirdi. Stalin insanları əzərək onların iradəsini sındırırdı. Ona nə dost, nə də müşavir lazım idi; yalnız icraçılara ehtiyac duyurdu. Silahdaşları belə onun kölələri idi.

Stalin böyük mədəniyyətə sahib olmadığından ziyalıları sevmirdi. Onun üçün elmin bayraqları Lysenko, əsr qəhrəmanlar isə yalançı alimlər – bioloq Vavilov və ya ensiklopediyaçı alim Florensk idi. O, feodal, bürokratik və sosial təfəkkürlü idi. Stalinin imperiyasındakı bütün sakinlər onun başqası üçün təhkimləri və dövlət mexanizminin bir parçası idi. Hər bir feodal kimi, o da təhkimlərinin həyatı ilə istədiyi kimi davranmaqda özünü haqlı sayırdı.

Fasiləli təhsildən aldığı kasad biliklər və uzun müddət mədəni və yarım-mədəni insanlar arasında olması onun şüurunda daşlaşmış və inkar edilməz ehtiyatlar yaratmışdı. Düşüncələrinin məntiqi olsa da, bu məntiq formal idi və həyatın mürəkkəbliklərini əks etdirmirdi. Təsadüfi deyil ki, 40-cı illərin sonunda Stalin Silpanovun formal məntiqə aid inqilaba qədərki dərsliyini çap etməyə əmr vermişdi.

Yaddaş möhkəmliyi qısqanclıq, sayıq olma, ehtiyatlılıq, şübhəçilik və vəsfəsə üzərində qurulmuşdu

Stalinin seminariyada mənimsədiyi öyüd-nəsihət ənənələri, didaktik təfəkkürü aydın və kütləvi şüura yaxın idi. Bu, Stalinin xalqın rəhbəri kürsüsünə qalxmasını asanlaşdırmışdı. Onun itaətini isə iradəsi, səbri, hiyləgərliyi və inadkarlığı tamamlayırdı. Bununla yanaşı, Stalin özünə qarşı hər cür münasibəti yadda saxlayır və kadr seçiminə böyük diqqət yetirirdi. Yaddaş möhkəmliyi qısqanclıq, sayıq olma, ehtiyatlılıq, şübhə və vəsfəsə üzərində qurulmuşdu.

Bütün bunlara baxmayaraq, tarix 1937-ci ilin dəhşətli repressiyaları ilə Azərbaycan xalqının sinəsinə dağı dağ üstə çəkən İosif Stalini İkinci Dünya Müharibəsində “mümkün olmayanları mümkünə çevirən”, faşizm üzərində qələbə çalan lider kimi xatırlayır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zığ SDL" MMC-ni dövlət qeydiyyatına alıb

Ən son

GÜNDƏM

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir.

GÜNDƏM

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin