Minillər boyu doğudan batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan Türklər vardıqları diyarları zəngin mədəniyyətləri ilə zinətləndirdilər. Dünyanın beş qitəsinə yayılan Türklərin adı gələndə bu gün də ilk ağla gələn məhz bu düşüncə olur: Onları sivilizasiyaların, mədəniyyətlərin dialoquna digər xalqlardan daha çox töhfələr verirlər.
Amerika dağlarında yaşayan sirli-soraqlı türklər barədə az bilgilər olsa da, qeyd edək ki, Tenissi və Appalaçiani dağlarında yaşayan Meluncanlar üzərində aparılan araşdırmalar və test sınaqları sübut edib ki, bu xalq XVI əsrdə buralara gəlib çıxan Osmanlı ləvəndlərinin soyuna bağlıdır. Onların soyu İnebahtı Dəniz Müharibəsində əsir götürülən təxminən dörd yüz leventinin şəcərəsinə bağlıdır. Amerikaya gətirildikdən sonra belə üstündən yüzillər ötməsinə baxmayaraq, onlar öz dilini, mədəniyyətini, hətta dini inanclarını belə qorumaqdadırlar.

Avropanın üç ölkəsində yaşayan müsəlman Lipka tatarları
Dünyanın dörd bir yörəsinə səpələnən, vardıqları ölkələrdə milli kimliklərini qoruyan Türklərin sırasında Lipka-tatar türklərinin öz yeri, öz məqamı var. XIV əsrin sonlarında Altın Orda dövlətində baş verən daxili gərginliklər, münaqişələr nəticəsində tatarların böyük əksəriyyəti Avropanın müxtəlif guşələrinə köç edirlər. Lipka-tatar türkləri bu gün Avropada yaşamalarına, ömür sürmələrinə baxmayaraq, Polşa, Litva və Belarusdakı özünəməxsus adət-ənənələrini qorumaqdadırlar.

Tofalar – 850 nəfərlik nüfusu ilə soy birliyini qoruyan türklər
Milli mənlik, milli kimlik uğrunda mücadilə minillər boyu türksoylu xalqların Tanrıdan tale payı, alın yazısı olub. Əhalinin sayına, ərazisinin böyük, yaxud kiçik olmasına baxmayaraq, onları dəyərlərin əyarına çevrilib. Dilini, mədəniyyətini, inanclarını qorumaqla yaşamaq uğurunda mübarizə aparıb. 850 nəfərlik nüfusu ilə dünyaya meydana oxuyan Tofa türkləri də qeyd etdiyimiz türksoylu xalqlardandır. Tarixi mənbələrə istinadla qeyd edə bilərik ki, Tofa türkləri qədim türk boylarından gələn köklü bir türk qövmüdür. “Suğlağan” adlanan, dəyərlərə sağıb olan Tofalar beş boya ayrılır. Adət-ənənə, mədəniyyət və dil baxımından Tuva bölgəsinin şərqindəki digər türk soylarına bağlı olan Tofalar cəmi 850 nəfərlik nüfusa malik olmalarına baxmayaraq, əski gələnəkləri ilə yanaşı, öz folklorlarını və savaş ruhlarını qorumaqdadırlar. Daha çox şaman dualarına tapınan Tofalar dini inanc olaraq da şaman ruhuna və ayinlərinə bağlıdır.
Şərəf Cəlilli