Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/10/2026

Paylaşın

HƏR ŞEYDƏN

Yel çərşənbəsi – baharın nəfəsini gətirən gün

WhatsApp Image 2026-03-10 at 10.01.58

Bu gün Azərbaycanda Novruz bayramı ərəfəsində qeyd olunan üçüncü çərşənbə – Yel çərşənbəsi qeyd olunur. Xalq inanclarına görə, bu çərşənbədə əsən küləklər təbiətin oyanışını sürətləndirir, yazın gəlişindən xəbər verir və dünyaya yeni nəfəs gətirir.

Yel çərşənbəsi xalq arasında müxtəlif adlarla tanınır. Ona “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Badi çərşənbə”, “Nəfəs çərşənbə” də deyilir. Muğanın bəzi kəndlərində isə bu gün “Heydər çərşənbə” kimi tanınır. İnanclara görə, məhz bu gün oyanan külək dünyanı dolaşır, suyu və odu hərəkətə gətirir, təbiətə canlılıq və təravət bəxş edir.

Qədim etiqadlara əsasən, Yel çərşənbəsində əsən isti və soyuq küləklər yazın ilıq nəfəsini gətirir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi isə təbiətin yenilənməsi və təzələnməsi kimi qəbul edilir.

Bu günün əsas adətlərindən biri də tonqal qalamaqdır. Axşam saatlarında həyətyanı sahələrdə və məhəllələrdə tonqallar qalanır, insanlar onun ətrafına toplaşır və adətə uyğun olaraq üç dəfə tonqalın üzərindən atlanırlar. Bu mərasim insanların azar-bezardan, bədbəxtlikdən və pis enerjidən təmizlənməsi niyyəti ilə həyata keçirilir.

Yel çərşənbəsində evlərdə qazanların qaynaması da mühüm ənənələrdən sayılır. Ailələr süfrə başına toplaşır, süfrəyə müxtəlif şirniyyatlar, quru meyvələr və çərəzlər düzülür. İnanca görə, süfrədə şirniyyatın bol olması ilin şirin və bərəkətli keçəcəyinə işarədir. Həmçinin səməninin ortasına qırmızı lent bağlanır ki, bu da həyatın yenilənməsini və bolluğu simvolizə edir.

Bu çərşənbə ilə bağlı xalq arasında bir çox atalar sözləri və hikmətli ifadələr də yaşamaqdadır: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yel apardığını qaytarmaz”, “Yelə tüpürsən, öz üstünə qayıdar”, “Kələklə gələn, küləklə gedər”. Bu deyimlər xalqın küləyə, təbiətə və həyatın qanunlarına dair dünyagörüşünü əks etdirir.

Xalq inanclarına görə, çərşənbə axşamları edilən dualar daha tez qəbul olunur və Tanrı yalnız xoş sözləri eşidir. Buna görə də insanlar bu gün xeyir-dua verir, yaxşı niyyətlər diləyirlər.

Qeyd edək ki, Novruz ərəfəsində qeyd olunan sonuncu çərşənbə – Torpaq çərşənbəsi martın 17-də olacaq. Baharın gəlişini simvolizə edən Novruz bayramı isə bu il martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də başlayacaq. Həmin anda gecə ilə gündüz bərabərləşəcək, Günəş düz şərqdən doğaraq qərbdə batacaq və təbiətdə yeni bir dövrün başlanğıcı olacaq.


Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti

İQTİSADİYYAT

Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin