Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/25/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İki dahini birləşdirən dəyər – Humanizm

IMG-20260224-WA0004

İkinci yazı

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq bağlarının olduğu barədə kifayət qədər maraqlı məlumatlar var. Əfzələddin Xaqani və Şeyx Nizami Gəncəvi yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədi. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni səfdə dayanır, şərə, eybəcərliyə, nadanlığa eyni mövqedən münasibət sərgiləyir, eyni idealları müdafiə edir.

“Xaqani Şirvani ilə Nizami Gəncəvinin təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün hünərsiz, insanlıqdan uzaq hakimlərdən şikayətlər edir. Hər iki şairin yaradıcılığında güclü bir inadkarlıq ruhu vardır. Bu, qeyri-insani hisslərə əks baxış, görüş və ehkamların inkarıdır. Bu həm də intibah dünyagörüşünün orta əsr şəri, eybəcərliyi qarşısındakı etirazıdır”. Xaqaninin “Töhfətül-İraqeyn,” “Mədain xərabələr” əsərlərində, Nizami Gəncəvinin “Xəmsə”sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri üst-üstə düşür. Onlaırn hər ikisi humanist prinsipləri təbliğ edir.

“Ümidim, pənahım Təbrizdir, Təbriz…”

Xaqani Şirvani mərhəməti, məhəbbəti, humanist prinsipləri ilə bəşəri insan olduğu kimi, həm də doğulduğu torpağa bağlı, onu ülvi duyğularla sevən vətənpərvər şair idi. Onun vətəni tərənnüm edən şeirləri, əsərləri bu gün də sevilir, ruhun qida yerinə çevrilir. Şairin qələmə aldığı “Savalan dağının tərifi” şeiri vətənə sonsuz, hüdudları məlum olmayan sevginin nümunəsi kimi əbədiyaşarlıq qazanır: “Şamaxı! Ey mənim sevimli yurdum… Ümidim, pənahım Təbrizdir, Təbriz…” misraları yaddaşdan yaddaşa ötürülür. Savalanda yatan igidin ünvanına çevrilir.

“Sənətcə toxucu olmuşdur babam, Mən də yavaş-yavaş söz toxuyuram!”

Bütün əsərlərində insanlara gözütox, müdrik olmağı nəsihət edən şair, hər kəsə haqq olmağa, haqlının yanında durmağa səsləyir. Bu səbəbdən də bütün tədqiqatçılar qeyd edir: “Xaqani Şirvaninin yaradıcılığında əsas tənqid hədəfi zülm və ədalətsizlikdir. O, zülmkarları düşünməyə, haqq yoluna dönməyə səsləyir, sadəliyi, təvazökarlığı ali əxlaqi xüsusiyyət olaraq təbliğ edir. Özü ilə bağlı bu iki misra da dediklərimizə əyani sübutdur: “Sənətcə toxucu olmuşdur babam, Mən də yavaş-yavaş söz toxuyuram”.

“Bu misralar dahi söz ustadının təvazökarlığını təsdiq edir. Bütün şeirlərində atasının ölümündən sonra onu saxlayan, tərbiyə edən əmisi Kafiəddin Ömər İbn Osmandan məhəbbətlə söz açması isə onun nə qədər qədir-qiymət bilən, kəsdiyi duz-çörəyi unutmayan bir insan olduğunu sübut edir: “Xaqanidən yuxarıda oturdunsa, nə olar, Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar… Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə, ağır dənlər altda yatar, boş saman üstə çıxar”.

Bu misraların əzəmətini nur bilib ruhumuza çilədikcə onun nə qədər məğrur, şərəfli, həm də çox istedadlı olduğunun şahidi oluruq”. Xaqani Şirvaninin əsərlərini oxuduqca hər bir oxucunun qəlbi saf duyğular, ülvi hisslərlə dolur. Şair insana məxsus olan mənfi və müsbət xüsusiyyətləri poetik dillə elə ustalıqla ifadə edib ki, onu oxuduqca həyəcanlanmaya bilmirsən. Digər tərəfdən insan bu qədər istedadlı, yüksək mənəviyyata, nümunəvi əxlaqa malik bir şairlə, ustadla məhz eyni bir xalqın nümayəndəsi olmağınla fəxr edirsən”.

“Sən həqiqi şairsən, gələcəyin böyük şairisən”

Araşdırmalar onu da sübut edir ki, “Xaqani ilk gənclik dövrlərində, yəni təzə şeir yazmağa başladığı vaxtlarda belə həqiqəti söyləməkdən çəkinməmişdir. Təsadüfi deyil ki, əmisi Kafiəddin Ömər ibn Osman məhz buna görə ona “Həqayiqi” təxəllüsü verərək söyləmişdir: “Sən həqiqi şairsən, gələcəyin böyük şairisən. Sən bundan sonra öz şeirlərini “Həqayiqi” təxəllüsü ilə yaz. Qoy bu təxəllüs sənin bütün şeirlərinin meyarı olsun, həqiqət meyarı”

Hicrəti, mühacirəti qəbul edib tərkidünya Xaqanini tərkivətən Xaqaniniyə çevirdi

Xaqani Şirvaninin ilk şeirini əmisi Kafiəddin Ömər ibn Osman dinləyib ona Həqayiqi təxəllüsünü verdi. Şirvanşahlar sarayının Məlikül-şüarası Əbül-Üla Gəncəvi onu dinləyəndə heyrətini gizlətmədi. Şaha mədhiyyə yazmamasına rəğmən Şirvanşah Mənüçöhr onu Xaqani təxəllüsü – titulu ilə mükafatlandırdı. Şairlər səltənətinin sultanınına çevirdi. Kamalda xan, sarayda sultan olsa da, Xaqani addan, mükafatdan uca duran azadlığı seçdi: “İstəmərəm adımı çağıralar Xaqani, Mən yoxsullar şairi xəlqaniyəm, xəlqani.”, nidası ilə tarixdəki yerini və rolunu müəyyənləşdirdi. Hicrəti, mühacirəti qəbul edib tərkidünya Xaqanini tərkivətən Xaqaniniyə çevirdi.

Xaqani Şirvani poeziyası öz dövründən başlayaraq bu günədək Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək oldu. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əbülqasım Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani kimi söz xiridarları Xaqani Şirvani irsindən bəhrələnməklə kifayətlənmədilər, onu özlərinə ustad – mürşüdü-kamil hesab etdilər. Seyid Əzim Şirvaninin onu “Hünərin kəsərli qılıncı” adlandırması da bu sevdaya bağlı idi.

Təbrizin ətəyində, Məqbərətüş-şüərada bir məzar var…

Bütün ömrünü Şirvandan, gözünün nuru bildiyi Şamaxıdan uzaqlarda keçirən Xaqani qüdrətli şəxsiyyəti, əzəmətli irsi ilə 900 ildir ruhumuzun qida yeridir. Milli kimlik və milli mənlik tariximizdə mühüm məqama sahib olan Xaqani Şirvaninin adı çəkiləndə məhz Şeyx Nizami Gəncəvinin, Seyid İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Mövlana Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin dünyanın maddi-mədəni irsinə çevrilən əzəmətli poeziyası göz önünə gəlir.

Şahlara, sultanlara, saraylara baş əyməyən Xaqani Şirvaninin bir əzəməti də var: Onun əyilməz iradəsindən, dönməz xarakterindən “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdi” deyən Babək Xürrəminin, “Mən əbədiyyət üfüqlərində doğan günəşəm!” nidası ilə tarix yaradan Seyid İmadəddin Nəsiminin, “Möfti-cisman ilə sanma mənim ölməyimi, Seyyida ölmərəm, aləmdə səsim var mənim!” – qüdrətilə dirilik suyu içəm Seyid Əzim Şirvani boylanır.

Sivilizasiyaları, mədəniyyətləri dialoqa çağıran dünya 900 ildir Əfzələddin Xaqani Şirvaninin dili ilə danışır. Odlar Yurdu Azərbaycanın qüdrətini, əzəmətini etirafda bulunur, haqqında fərmanlar verir, sərəncamlar imzalayır.

Təbrizin ətəyində, Məqbərətüş-şüərada bir məzar var. Üzü qibləyə deyil, Şirvana sarıdır. “Şamaxı, ey mənim sevimli yurdum!” sevdası ilə qələm çalan Xaqanini bəşəriyyətə bəxş edən müqəddəsliyin – tarixin atası Heredotun risaləsində, coğrafiyanın atası Prolomeyin xəritəsində adı keçən vətənin – Kamexiyanın ünvanını göstərir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

Ən son

GÜNDƏM

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

GÜNDƏM

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin