Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/17/2026

Paylaşın

GÜNDƏM

Kukla Teatrında “Quyruqsuz dovşan” nümayiş olunacaq

“Quyruqsuz dovşan”

Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni səhnə işinin məşqləri başa çatmaq üzrədir. Kuklaçılar bu dəfə Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesinə müraciət ediblər.

Baki-baku.az xəbər verir ki, maraqlı və ibrətamiz hadisələrlə zəngin əsər əsasında, tərcüməçi Zümrüd Quliyevanın uyğunlaşdırmasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası martın sonlarında teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı isə Rəna Abbasovadır. Musiqi tərtibatlı səhnə işində obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Firuzə Nəsibli, Rəhim Rəhimov, Elnur Xəlilov, Yusif Baxşəliyev və Məmmədşah Təhməzov canlandırırlar.

Özünə inam və fərqlilikdən utanmamaq ideyasını ön plana çəkən tamaşa dovşanın ehtiyatsızlıq və maraq ucbatından quyruğunu itirməsi ilə başlayır. Quyruqsuz qalan qəhrəman utanır, kədərlənir və özünü digərlərindən fərqli hesab edərək mənəvi sarsıntı keçirir. Bəzi heyvanların istehzalı münasibəti, digərlərinin isə dəstəyi onun daxili dünyasında ciddi dəyişikliklərə səbəb olur. Hadisələrin inkişafı prosesində dovşan anlayır ki, fərdi dəyəri müəyyən edən zahiri görünüş deyil, daxili keyfiyyətlər və davranışdır.

Psixoloji alleqoriya kimi təqdim olunan tamaşada əsas konflikt zahiri hadisədən – quyruğun itirilməsindən doğsa da, əslində qəhrəmanın özünü dərk etməsi və özünü olduğu kimi qəbul etməsi ilə həll olunur. Dovşanın keçirdiyi sevinc, həyəcan, utanc və böhran mərhələləri onun daxili transformasiyasını nümayiş etdirir.

Müsbət sonluqla bitən tamaşada dovşan dostlarının köməyi ilə yenidən özünə inam qazanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Xəzər rayonunun Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Kuklaçılar bu dəfə Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesinə müraciət ediblər.

GÜNDƏM

Kuklaçılar bu dəfə Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesinə müraciət ediblər.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin