Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/10/2026

Paylaşın

GÜNDƏM

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib

“9-cu mərtəbə”, Murad Nağıyev

9 fevral 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı İlqar Kamilin “9-cu mərtəbə” adlı sənədli romanının təqdimat mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, kitab 44-günlük Vətən müharibəsi şəhidi tank komandiri, leytenant Murad Nağıyevin qəlbindən süzüb gələn məktubları, yaranmış ağrıları və sonsuz Vətən sevgisini sözə çevirən sənədli romandır. Əsər şəhidin həyat və döyüş yolunu əhatə edən bioqrafik məlumatları təqdim etməklə yanaşı, onun daxili aləmini, xatirələrini və ədəbi yaradıcılığını ətraflı əks etdirir.

Tədbir Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Murad Nağıyevin həyatı, aldığı hərbi təhsil, döyüş yolu və vətən müharibəsində göstərdiyi qəhrəmanlıq şücaəti haqqında məlumat verilib. Çıxışlarda Muradın həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı şair olduğu xüsusi vurğulanıb.

Təqdimatda kitabın müəllifi yazıçı İlqar Kamil, şəhidin qardaşı Orxan Nağıyev, silah yoldaşı Namiq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, şairə-publisist və “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Əli Zeynallı çıxış edərək kitabdan Murad Nağıyevin məktublarını səsləndiriblər. Məktublar şəhidin Vətənə, anasına, dostuna, sevdiyi qıza, və şəhidlik zirvəsinə həsr olunub və onun daxili aləmini, duyğularını nümayiş etdirib. Çıxışlarda həmçinin Muradın qəhrəmanlığı, xarakter keyfiyyətləri və şeirləri haqqında fikirlər səsləndirilib, müəllifin kitabda Muradın həyatı və şəxsiyyətinə səmimi yanaşması xüsusi qeyd olunub.

Tədbirin gedişatında Murad Nağıyevin həyatı, xatirələri və qələmindən çıxan şeirlər videoçarx formatında nümayiş etdirilib. Həmçinin Yazıçılar Birliyinin katibi, yazıçı, tərcüməçi Səlim Babullaoğlu və professor İlham Pirməmmədov kitab haqqında düşüncələrini bölüşüblər, Muradın vətənpərvərlik ruhunu və ədəbi irsini gənclərə çatdırmağın əhəmiyyətini vurğulayıblar.

3 №-li UGİM-in “Çiçəyim” uşaq teatrının və “Azəri inciləri” vokal qrupunun gənc istedadları şeir və musiqi nömrələri ilə tədbirin bədii hissəsini zənginləşdiriblər. Tədbirin yekununda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova şəhid Murad Nağıyevin ailə üzvləri, şəhid ailələri və tədbirdə iştirak edən digər qonaqlara göstərdikləri diqqət və iştiraka görə minnətdarlığını ifadə edib.Tədbirdən sonra müəllifin imza mərasimi təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd şəhid leytenant Murad Nağıyevin qəhrəmanlığını, həyat yolunu və ədəbi irsini gənc nəsillərə tanıtmaq, vətənpərvərlik hissini gücləndirmək və oxuculara şəhidlik nümunəsini daha yaxından çatdırmaqdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Ən son

GÜNDƏM

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

GÜNDƏM

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin