Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/19/2026

Paylaşın

GÜNDƏM

“Ayı” adlı tamaşanın məşqlərinə başlanılıb

“Ayı”

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Baki-baku.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin l kurs tələbəsi Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Qriqori Stepanoviç Smirnov (Hüseyn Quluzadə), Yelena İvanovna Popova (Türkel Ələsgər), Anfisa (Nərmin Ağayeva) iştirak edirlər.

Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimlər İttifaqında təqdim olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başımızın üzərindən hər gün əsl nəhənglər – səssiz, çəkisiz kimi görünən və heyrətamiz dərəcədə qüdrətli buludlar süzür.

Ən son

GÜNDƏM

Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində

GÜNDƏM

Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin