“Azər-Türk Bank” ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub.
Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52,5 % və yaxud təxminən 2 dəfə azdır.
Ötən il “Azər-Türk Bank”ın gəlirləri 165,089 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), xərcləri 143,184 milyon manat (25,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,285 milyon manat (65,1 % çox), mənfəət vergisi ödəmələri isə 3,49 milyon manat (39,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 2 milyard 188,501 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Bunun 767,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % kiçilib.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 4,7 % artaraq 2 milyard 71,053 milyon manata, o cümlədən depozit portfeli 6,5 % artaraq 1 milyard 554,18 milyon manata, balans kapitalı isə 10 % artaraq 117,448 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 100,5 milyon manata çatıb.