Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2026

Paylaşın

İQTİSADİYYAT

“PAŞA Bank”ın xalis mənfəəti 30 %-ə yaxın azalıb

IMG-20260115-WA0045

“PAŞA Bank” ASC 2025-ci ili 148,896 milyon manat xalis mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 29,3 % azdır.

Ötən il “PAŞA Bank”ın gəlirləri 807,967 milyon manat (əvvəlki ilə nisbətən 10,8 % çox), xərcləri 557,649 milyon manat (19,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 48,636 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 52,786 milyon manat (7,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 9 milyard 407,313 milyon manat olub ki, bu da illik müqayisədə 14,4 % çoxdur. Bunun 3 milyard 333,238 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 16,1 % artaraq 8 milyard 489,548 milyon manat, o cümlədən depozit portfeli 17,8 % artaraq 7 milyard 552,109 milyon manat, balans kapitalı isə 1,2 % artaraq 917,765 milyon manata çatıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daş, Tunc, Dəmir dövrü ilə bağlı yaddaş yerləri mənsub olduğumuz məmləkətin əzəmətini bu gün də dünyaya nümayiş etdirməkdədir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin