Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2026

Paylaşın

İQTİSADİYYAT

“Bank VTB Azərbaycan”ın depozit portfeli 11 %-ə yaxın azalıb

IMG-20260115-WA0044

“Bank VTB Azərbaycan” ASC 2025-ci ili 9,111 milyon manat xalis mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,5 % azdır.

Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 55,342 milyon manat (əvvəlki ilə nisbətən 16,8 % çox), xərcləri 44,237 milyon manat (15,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,141 milyon manat (3,1 dəfə az), mənfəət vergisi ödəmələri 3,136 milyon manat (3,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 306,222 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % azdır. Bunun 211,651 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 9,2 % azalaraq 196,29 milyon manata, o cümlədən depozit portfeli 10,8 % azalaraq 101,814 milyon manata düşüb, balans kapitalı isə 8,9 % artaraq 109,931 milyon manata çatıb.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daş, Tunc, Dəmir dövrü ilə bağlı yaddaş yerləri mənsub olduğumuz məmləkətin əzəmətini bu gün də dünyaya nümayiş etdirməkdədir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin