Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/22/2025

Paylaşın

GÜNDƏM

Nağıl gerçəyə çevrildi: “Büllur başmaq”ın premyerası uşaqları sevindirdi

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının premyerası baş tutub.

Baki-baku.az xəbər verir ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Ağasəlim Feyzullayev, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əlməmmədova, Rəşad Səfərov, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov, Natiq Fərzəliyev iştirak edirlər.

Nağılda ögey ana və qızlarının əzab-əziyyəti ilə rastlaşan qızcığazın yaşadığı çətinliklərdən, onun pisliklərə qarşı mətanətlə dözməyə çalışmasından bəhs olunur. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacılar icazə vermir. Lakin, sehrbaz qadının köməkliyi ilə, Küllücə bu ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şəhzadə Küllücəyə aşıq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir.

Uşaqların böyük sevincinə səbəb olan tamaşa qarşıdan gələn bayram günlərində də nümayiş olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance 2026 keçiriləcək.

Ən son

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin