Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/22/2025

Paylaşın

GÜNDƏM

Kuklalar “Qaraca qız”a yeni nəfəs verdi

WhatsApp Image 2025-12-22 at 09.44.44

Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə klassik ədəbiyyat nümunəsinə – Süleyman Sani Axundovun ölməz “Qaraca qız” hekayəsinə səhnə həyatı verib.
Baki-baku.az xəbər verir ki, premyera, bir tərəfdən tanış bir ədəbiyyat nümunəsini yenidən xatırladır, digər tərəfdən isə müasir uşaqlara humanist dəyərləri fərqli rakursdan təqdim edir.


Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan bu təsirli hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilib və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulub.
Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun illər fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır.
Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır. O, “Qaraca qız” tamaşasına həzin və düşüncəli yanaşma gətirməklə onun vizual gücünü artırmağa çalışıb


Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edib. Nəticədə final səhnəsində faciəni yumşaldaraq, qəhrəmanı bir simvola – əfsanəyə çevirməklə ona ümidverici mesaj qazandırıb.
Tamaşanın musiqi tərtibatı da xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir. Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edir.
Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin