Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/10/2025

Paylaşın

İdman

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

Çempionlar Liqası

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Baki-baku.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya da sürətli başlayan “Qarabağ” 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei “Qarabağ”ın qapısına yol tapıblar.

Bu nəticədən sonra turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci, “Ayaks” isə 3 xalla 33-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” komandasına qarşı keçirəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının

Ən son

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin