Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/10/2025

Paylaşın

GÜNDƏM

Bakıda iki küçənin kəsişməsində yeni layihə icra olunur

IMG-20251210-WA0045

Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur.

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.

Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.

Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə də piyadaların mobillik ehtiyacları qarşılanır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəzən bir şəhərin yaddaşı hansısa qoxuda, bir musiqidə, hətta sadə bir dilim tortda gizlənir.

Ən son

TARİXİMİZ

Bu gün – 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.

TARİXİMİZ

Bu gün – 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin