Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/09/2025

Paylaşın

İdman

“Neftçi” yeni baş məşqçisini açıqlayıb

"Neftçi", Yuri Vernidub

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Klubdan Baki-baku.az-a verilən məlumata görə, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Təcrübəli mütəxəssis müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.

“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək

GÜNDƏM

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin