Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/04/2025

Paylaşın

GÜNDƏM

“Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib

"Yasamal" bazarı

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib.

Bu barədə Baki-baku.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib.

Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

“İnşaatçılar” metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance 2026 keçiriləcək.

Ən son

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin