Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/01/2025

Paylaşın

TARİXİMİZ

Bakı və Hyuston: dünyanın iki enerji paytaxtının qardaşlığı

IMG-20251201-WA0034

Qardaşlaşmış şəhərlər nədir?

Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaqda yerləşən şəhərlərin mədəni, iqtisadi və ictimai əlaqələr üzərində formalaşdırdığı xüsusi əməkdaşlıq modelidir. Bu münasibətlərin əsas məqsədi xalqlar arasında dostluq yaratmaq, təcrübə mübadiləsini gücləndirmək və beynəlxalq əməkdaşlığı canlı saxlamaqdır.

Dünyada ilk qardaş şəhərlər 1920-ci ildə Böyük Britaniyanın Keighley və Fransanın Poix-du-Nord şəhərləri olub. II Dünya müharibəsi dövründə Coventry–Stalinqrad həmrəyliyi isə bu anlayışın mənəvi mahiyyətini daha da gücləndirdi. 1957-ci ildə Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının yaradılması ilə bu münasibətlər rəsmiləşdi və qlobal səviyyədə yayılmağa başladı. Bu gün dünyanın 4 mindən çox şəhəri bu federasiyanın üzvüdür.

Qardaşlaşma adətən mədəniyyət sahəsində başlayır, çünki mədəniyyətin nə dili var, nə də sərhədi. Lakin sonradan iqtisadiyyat, təhsil, turizm, ekoloji layihələr və texnologiya kimi sahələrə də keçid edir. Şimali Amerikada bu münasibətlər “sister cities” (bacı şəhərlə), Avropa və bir çox başqa regionlarda isə “brothers cities” (qardaş şəhərlər) kimi tanınır.

Bakı və Hyuston: 1976-cı ildə başlayan enerji dostluğu

1976-cı ildə ABŞ-nin Hyuston şəhəri ilə Bakının qardaşlaşması təsadüfi deyildi. Hər iki şəhərin taleyi neftin yaratdığı böyük enerji tarixinin bir parçasıdır. Bakı XX əsrin əvvəllərində dünyanın neft mərkəzi kimi tanınırdısa, Hyuston ABŞ-nin enerji paytaxtına çevrilmişdi. Beləcə, coğrafi olaraq bir-birindən minlərlə kilometr uzaqda yerləşən bu iki şəhəri enerji irsi və sənaye təcrübəsi birləşdirdi.

Neftin vurduğu zərbə və Hyustonun dərdi

1980-ci illərdə neftin qiymətinin kəskin ucuzlaşması Hyustona ağır zərbə vurdu. Şəhər iqtisadiyyatının tam şəkildə neftə bağlı olması böhranın miqyasını daha da artırdı. Lakin Hyuston bu vəziyyətdən çıxış yolunu diversifikasiyada tapdı: aerokosmik sənaye, səhiyyə və tibbi tədqiqatlar, mühəndislik və texnologiyalar,
biotexnologiya və innovasiya sektoru. Bu addımlar Hyustonu tənəzzüldən çıxararaq yeni iqtisadi uğur dalğası yaratdı, minlərlə iş yeri açıldı, şəhər qlobal texnologiya mərkəzinə çevrildi.

Bakı üçün dəyərli təcrübə

Hyustonun keçdiyi yol bu gün enerji mərkəzi olan Bakının da qarşısında duran bir nümunədir. Azərbaycanın həyata keçirdiyi modernizasiya, “yaşıl enerji” layihələri, qeyri-neft sektorunun genişləndirilməsi və innovasiyaya yönəlmiş siyasəti Hyuston modelinə çox bənzəyir. Qardaşlaşma münasibətləri məhz bu istiqamətdə iki şəhər arasında bilik və təcrübə mübadiləsini daha da vacib edir.

Niyə Bakı–Hyuston qardaşlığı önəmlidir?

  1. Enerji sahəsində ortaq irs

Hər iki şəhər neft tarixində öz imzasını qoyub və bu sahədə dünya səviyyəsində təcrübəyə malikdir.

  1. İqtisadi inkişaf modeli

Hyustonun diversifikasiya təcrübəsi Bakının müasir inkişaf strategiyaları ilə üst-üstə düşür.

  1. Mədəni əlaqələr

Qardaşlaşma təkcə iqtisadi deyil, həm də mədəniyyətin, incəsənətin, təhsil əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

  1. Diplomatik inam

Bu münasibətlər Azərbaycan–ABŞ əlaqələrinə əlavə körpü rolu oynayır.

Gələcəyə inamla…

Bakı və Hyustonun qardaşlaşması təkcə imzalanmış bir sənəddən ibarət deyil. Bu, enerji tarixinin, şəhərlərin inkişaf yolunun və xalqlar arasında dostluğun yaratdığı bir körpüdür. Neftlə başlayan bu bağ bu gün elm, innovasiya, mədəniyyət və şəhər idarəetməsi kimi sahələrdə daha geniş əməkdaşlıq imkanları yaradır.

Bu dostluq, həm Bakının, həm də Hyustonun gələcək inkişaf strategiyalarına töhfə verməkdə davam edir və iki şəhəri bir-birinə coğrafiyadan da güclü şəkildə bağlayır.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin