Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2025

Paylaşın

GÜNDƏM

Sumqayıt Teatrı “Qaravəlli” tamaşasını nümayiş etdirdi

“Qaravəlli” tamaşası, Sumqayıt Dövlət Dram Teatrı

Sumqayıt Dövlət Dram Teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.

Baki-baku.az xəbər verir ki, tamaşanın nümayişində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə sərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası isə “Dərviş” qrupuna aiddir.

Tamaşanın əsas mövzusu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsi üzərində qurulub.

Səhnə əsərində obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin