Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2025

Paylaşın

GÜNDƏM

Sabunçu Tibb Mərkəzində süni oynağın qoyulması əməliyyatına başlanılıb

Süni oynağın qoyulması, Süni oynaq, Sabunçu Tibb Mərkəzi

Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının (zədələnmiş və ya xəstə oynağın süni protezlə əvəz olunması əməliyyatı) icrasına başlanılıb.

Bu barədə Baki-baku.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb mərkəzində ilk dəfə 66 yaşlı pasiyent üzərində həyata keçirilmiş endoprotez əməliyyatı uğurla başa çatıb.

Endoprotez əməliyyatları icra edən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Hazırda bu əməliyyatın həyata keçirildiyi müəssisələrin sayının daha da artırılması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər davam etdirilir.

Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin