Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2025

Paylaşın

GÜNDƏM

Murad Ağabəyli: “Basqaldakı köhnə məktəb sənətkarlıq mərkəzi və qonaq evi olacaq”

Murad Ağabəyli, Basqal

Basqaldakı köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək.

Bunu Baki-baku.az-ın Basqala ezam olunmuş müxbirinə Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

Onun sözlərinə görə, artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq:

“Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi 5–6 otaqlı guesthouse (qonaq evi), aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək”.

Sədrin sözlərinə görə, yeni konsepsiya Basqalın tarixi-mədəni mühitinə uyğun olaraq müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: “Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır”.

O bildirib ki, bərpa zamanı binanın tarixi memarlıq xüsusiyyətləri maksimum dərəcədə saxlanılacaq və bütün işlər qoruq qaydalarına uyğun aparılacaq.

M.Ağabəyli əlavə edib ki, qəsəbədə ümumilikdə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış

Ən son

TARİX

Az adam bilir ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrının yerləşdiyi binada vaxtilə Bakı

TARİX

Az adam bilir ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrının yerləşdiyi binada vaxtilə Bakı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin