Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2025

Paylaşın

GÜNDƏM

“Kartınız bloklanacaq, təsdiq üçün linkə keçin” kimi sözlərə aldanmayın: DİN-dən çağırış

IMG-20251103-WA0023

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.

Baki-baku.az müraciəti təqdim edir:

“Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.

“Bankdandır, kodu təcili verin”, “endirim üçün linki paylaşın”, “təcili yoxlama tələb olunur, məlumatları göndərin”, “nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin”, “kartınız bloklanacaq, təsdiq üçün linkə keçin”, “hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin”, “sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin” və bunlar hamısı bir məqsədə xidmət edir – məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir.

Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin