Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

İQTİSADİYYAT

“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyon manatı keçib

"Azəristiliktəchizat"

“Azəristiliktəchizat” ASC 2024-cü ili 6,784 milyon manat zərərlə başa vurub.

Baki-baku.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 30,7 % azdır.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 5,4 % artaraq 133,034 milyon manata çatıb.

Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 149,365 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 7,7 % artaraq 84,178 milyon manata çatıb, balans kapitalı isə 5,05 % azalaraq 65,187 milyon manata düşüb.

Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə Prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun məşhur “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının premyerası baş

Ən son

GÜNDƏM

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdənkənar sularda istismar edilən "Qafur Məmmədov" quru yük gəmisi

GÜNDƏM

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdənkənar sularda istismar edilən "Qafur Məmmədov" quru yük gəmisi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin