Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

GÜNDƏM

“Ulduz” metrostansiyasında 1995-ci il faciəsi qurbanlarına aid memorial yaradılıb

IMG-20251028-WA0189

Bakı metrosunun “Ulduz” stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il faciəsi qurbanlarına həsr olunan memorial yaradılıb.

Baki-baku.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Ulduz” stansiyasında baş verən 28 oktyabr 1995-ci il hadisəsinin 30-cu ildönümünün qeyd olunması mərasimində deyib.

O bildirib ki, memorialda 289 yarpaq yer alıb: “Həmin yarpaqlar sözügedən hadisədə həlak olan insanların sayının simvoludur”.

Qeyd edək ki, 28 oktyabr 1995-ci il tarixində Bakı metrosunun “Ulduz” və “Nərimanov” stansiyaları arasında dəhşətli yanğın baş verib. Hadisə nəticəsində 289 nəfər həlak olub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zamanı ölçmək insanın qədim ehtiyaclarından biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin