Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

HƏR ŞEYDƏN

Səssiz qışqırıq: Görünməyən travmaların yükü

Hər birimiz həyatımızda bir dəfə də olsa, “səssiz qışqırıq”la qarşılaşırıq. Heç kimə söyləmədiyimiz, amma ruhumuzu sıxan, içimizdə daşıdığımız travmalarımız var. Bu travmalar gözlə görünmür, danışılmır, bəzən özümüz də nə olduğunu tam anlamırıq. Amma onların təsiri gündəlik həyatımıza sızır: münasibətlərimizi, işimizi, hətta sağlamlığımızı da formalaşdırır.

Səssiz travma nədir?
Səssiz travma – açıq-aşkar şiddət və ya fəlakət yaşanmadan, amma dərin emosional zərbə vuran təcrübədir. Məsələn: Uşaq vaxtı yaşanan diqqətsizlik və ya tənqid, Emosional ehtiyacların qarşılanmaması, Dost və ya ailə tərəfindən gözlənilməz rədd edilmə, Kimsəyə danışa bilmədiyiniz daxili qorxu və kədər və s.
Bu travmalar səssizdir, çünki onlar tez-tez paylaşılmır, bəzən isə insan özü də onların səbəbini anlamır.

Səssiz travmaların gündəlik həyatımıza təsiri
Səssiz travmalar gizli düşmən kimidir – biz onlarla hər gün qarşılaşırıq, amma səbəbini bilmədən. Onlar: Daim narahatlıq və ya qorxu hissi, İnsanlarla yaxın münasibət qurmaqda çətinlik, Özünə inamsızlıq və həddindən artıq tənqidçilik və sairədir. Fizioloji simptomlar: baş ağrısı, yorğunluq, yuxusuzluqdur.
Bəzən isə bu travmalar, nə qədər səssiz olsa da, həyatımıza əhəmiyyətli qərarlar verərkən gizli şəkildə təsir edir.

Səssiz travmalarla necə başa çıxmaq olar?

Duyğularınızı tanıyın: Nə hiss etdiyinizi qəbul etmək, travmanı görmək üçün ilk addımdır.
Etibarlı birinə danışın: Dost, ailə üzvü və ya psixoloq. Bəzən səsli qışqırıq səsləndikdə yük azalır.
Yazmaq və ifadə etmək: Gündəlik tutmaq, hisslərinizi sözə çevirmək travmanı yüngülləşdirə bilər.
Kiçik addımlarla özünüzü gücləndirin: Özünüzə qarşı mehriban olmaq, kiçik uğurlarınızı qeyd etmək, travmanın gücünü azaltmağa kömək edir.

Səssiz travmalar gözlə görünmür, amma hiss olunur. Onları görməzdən gəlmək mümkün deyil, ancaq onları tanımaq, danışmaq və qəbul etmək həyatımızı dəyişdirə bilər. Hər bir səssiz qışqırıq, öz hekayəsini danışmağa layiqdir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

30-cu illərindəhşətli repressiyalarının, Bağırov rejiminin üstündən illər, onillər ötsə də, o məhşum illərlə bağlı rəsmi sənədlər insanı ötən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin