Nəşr edilmişdir 10/05/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda yeni bulvar SALINIR

“Qanlı göl”ün ətrafında bulvar salınması işlərinə başlanılıb.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.

“Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub”, – Yasamal RİH-dən bildirilib.

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov açıqlamasında bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.

“Qanlı göl” ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.

Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. “Qanlı göl” ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır”, – deyə o qeyd edib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirilib ki, dekabrın

Ən son

ƏSAS XƏBƏRLƏR

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı»

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Alborz Tibb Elmləri Universitetinin alimləri fastfud ilə depressiya riski arasında əlaqənin olduğunu aşkarlayıblar.Baki-baku.az bu barədə

GÜNDƏM

Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.Baki-baku.az bu barədə NASA alimlərinin verdiyi məlumata əsasən