Osmanlı tarixinə adını islahatçı, eyni zamanda aldığı bütün qərarlarda milli-mənəvi dəyərlərə, humanist prinsiplərə əsaslanan sultan kimi daxil olan Sultan II Əbdülhəmidin göstərişi ilə “1897-ci ildə, Yunanlarla savaş başlayan zaman, sarayda hər kəs əsgərlər üçün alt paltarı və köynək biçib-tikərdi. Savab qazanmaq, orduya dəstək üçün görülən bu mühüm işə, saray əyanları ilə yanaşı, harəm üzvlərinin, övladlarının da qoşulmasına şəxsən nəzarət edən Sultanın bu barədə imzaladığı fərman “ Nur-osmaniyə” kitabxanasında qorunan sənədlər sırasındadır.
Cami yapdırdığı hər yerdə məktəb və mədrəsələr tikdirərdi
Onun Osmanlı tarixinə verdiyi töhfələr bununla bitmir. Tarixi mənbələr də sübut edir ki, Sultan II Əbdülhəmid cami yapdırdığı hər yerdə məktəb və mədrəsələr açdırmaqla kifayətlənmir, həm də ülamaların və mürşidlərin yetişdirilməsi üçün onları Şərqin ayrı-ayrı nüfuzlu elm tədris mərkəzlərinə təhsil almağa göndərir. Əldə olunan məlumatlara istinad edərək onuda qeyd edə bilərik ki, Sultan Əbdülhəmidin dönəminə qədər cəmi 200 məktəbi olan Osmanlı da onun diqtəsi, iradəsi ilə həm də yeni tipli 9347 təhsil mərkəzi qurulmuş, Modern tipli universitetin və ilk tibb fakültəsinin təməli qoyulmuşdur.
Osmanlıda Amerika Qız Universitetini, Uşaq Xəstəxanasın quran Sultan
Özünü dəyərlərin əyarı, mədəniyyətlərin, elmi nailiyyətlərin mərkəzi hesab edən Avropadan, Amerikadan fərqli olaraq İlk Qız İslam Universiteti 841-ci ildə Şərqdə Səhni-Səman Universiteti ilə eyni zamanda quruldu. Amerika Qız Universietinin təməli isə ondan 880 il sonra, 1821-ci ildə qoyuldu.
Bəşəri dəyərlər xəzinəsini qüdrətli alimlərin, təbib-filosofların traktatları, nəzəriyyələri ilə zənginləşdirən, Şərq sivilizasiyalı cəmiyyətə Avropadan yüz illərlə öncə inteqrasiya etdiyini, insan amilinin onun üçün şərt olduğunu həm də, Osmanlının son padşahı Sultan Əbdülhəmidin simasında sübuta yetirdi. Məhz bu islahatçı Sultanın iradəsi ilə təkcə Şərqdə deyil, bütün dünyada ilk Uşaq Xəstəxanası quruldu.
Sultanın ahına keçən Teodor Herzi
Yenilikçi ruhu,müasir düşüncə tərzi, Şərqin intellektual potensialına, Avropanın analitik təfəkkürünə arxalanaraq qərarlar alan Sultanın millət, məmləkət sevgisindən narazı qalan qüvvələr imperiya daxilində olduğu kimi, Osmanlının dirçəlişini, tərəqqisini, bəşəri dəyərlərə inteqrasiyasını qəbul etməyən dövlətlər, krallar, sərkərdələr olsa da, onlar Tanrının cəzası ilə məhfə məhkum edilmiş, hətta soyları belə kəsilmişdir. Əldə olunan bu ibərtlik fakt olduqca düşündürücüdür: “Sultan Əbdülhəmid xanı taxtdan saldırmağa cəhd edən Teodor Herzi 44 yaşında ürək tutmasından öldü. Həyat yoldaşı Juliya səfalət içində ömrünü başa vurdu. Narkotik aludəsi olan qızı Paomina 1930-cu ildə “üstün dozadan” həyatını itirdi. Oğlu Hans Ziqmund Fereydin pasiyenti-ruhi xəstələrindən biri olmasına baxmayaraq intihar etdi. Trude adlı digər qızı II Dünya müharibəsi zamanı əsirlikdə acından öldü. Tək və yeganə nəvəsi Stehen 1946-cı ildə intihar etdi.” Bununla da, bir haqq adamının – Sultan Əbdülhəmidin üstünə gələn ingilis hakimi-mütləqinin nəsli kəsildi. Dünyanın işi belədir. Onun bir adı kimiyə əcəl, kimiyə də macaldır.
Şərəf Cəlilli