Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

HƏR ŞEYDƏN

Suda “ölüm çiçəyi”

"Ölüm çiçəyi”

Hind okeanında və dünyanın bir çox isti sahil sularında bəzən təbiətin həm möhtəşəm, həm də qorxunc bir hadisəsi baş verir: “Qırmızı gelgit”, yəni suda yaranan “ölüm çiçəyi”.

Baki-baku.az xəbər verir ki, bu hadisə, yosunların müəyyən növlərinin, əsasən mikroskopik dəniz fitoplanktonlarının həddindən artıq çoxalması nəticəsində yaranır.

Gözlə baxıldığında su sanki qırmızı, bəzən də qəhvəyi və ya narıncı rəngə bürünür. Günəş işığında parıldayan bu mənzərə ilk baxışda bir gözəllik təəssüratı yaradır. Lakin dənizin dərinliklərində həyat tədricən boğulur. Çünki bu yosunlar çoxaldıqda sudakı oksigen səviyyəsini azaldır, nəticədə balıqlar, dəniz ulduzları və digər canlılar nəfəs ala bilmir.

“Qırmızı gelgit” zamanı bəzi yosun növləri həmçinin zəhərli maddələr ifraz edir. Bu toksinlər təkcə sualtı canlıları deyil, eyni zamanda həmin ərazidə yaşayan insanları da təhlükə altına sala bilər. Belə ki, zəhərlə çirklənmiş dəniz məhsullarını yemək ciddi zəhərlənmələrə səbəb olur.

Elm adamları bu təbiət hadisəsini iqlim dəyişiklikləri, dənizlərin isinməsi və çirklənmə ilə əlaqələndirirlər. Çünki istilik artdıqca yosunlar üçün çoxalma şəraiti daha əlverişli olur. Nəticədə, sanki okean bir anda “çiçək açır”, amma bu çiçəyin rəngi ölümün rəngidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Ən son

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə

ƏDƏBİYYAT

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin