Gülüş – sadəcə gülməli nəyəsə reaksiya deyil. Bu, həyatda sağ qalmaq mübarizəsinin, ünsiyyət və daxili harmoniyanın qədim və güclü alətidir. İnsan gülən zaman sözün əsl mənasında özünü sağaldır: immun sistemi aktivləşir, stress səviyyəsi aşağı düşür, qan təzyiqi normallaşır, “xoşbəxtlik hormonları” adlanan endorfinlər ifraz olunur. Elə buna görə deyirlər: “Gülüş ömrü uzadır.”
Baki-baku.az yazdığına əsasən alimlər sübut ediblər ki, hətta qısamüddətli və səmimi gülüş də bir neçə dəqiqəlik intensiv fiziki məşqi əvəz edə bilər. Gülüş zamanı orqanizm oksigenlə zənginləşir, qan dövranı yaxşılaşır, əzələlər boşalır. Ən əhəmiyyətlisi isə önəmlisi odur ki, gülən insan emosional baxımdan daha dözümlü olur və çətinliklərlə asanlıqla mübarizə aparır.
Yumor bir növ elə bir filterdir ki, biz onun vasitəsilə ilə dünyada baş verənləri qavrayırıq. Həyat bizi sınaqlardan keçirən zamanda da gülüş ruhdan düşməməyə kömək edir. Yumor hissi – zəkalı olmağın, düşüncə elastikliyinin və baş verən hadisələrin işıqlı tərəfini görə bilməyin göstəricisidir. Zarafat etməyi bacaran insanlar adətən daha optimist olur və stressli vəziyyətlərdən daha tez çıxırlar.
Gülüş insanları birləşdirir. Bir şən lətifə və ya səmimi bir təbəssüm belə insanlar arasında baryerləri qıra, onları yaxınlaşdıra və etimad mühiti yarada bilər. Psixoloqlar da hesab edirlər ki, birlikdə gülmək – emosional yaxınlığın əsas göstəricilərindən biridir.
Yumorsuz həyat çox ağır olardı. Yumor həyatımızı daha parlaq, isti və humanist edir. Gülüş – ruhun nəfəsidir, heç nəyə baxmayaraq, yaşamağın gözəl olmasını insana xatırladan bir vasitədir.