Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2025

Paylaşın

GÜNDƏM

Bakının üç rayonunun təbii qaz təchizatında fasilə yaranacaq

Təbii qaz təchizatında fasilə, Azəriqaz

Bu gün saat 10:00-dan Bakının üç rayonunun təbii qaz təchizatında fasilə yaranacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin “Qanlı göl” ərazisində yerləşən qaz xəttində təchizat dayandırılacaq.

İşlər başa çatana qədər paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə olacaq.

Bənzər Xəbərlər

Rüstəm Hüseynov ―AMEA Arxeologiya və Antropologiya İnstitutunun işçisi, tarix, təhsil və bədii sənət layihələrin kuratoru, sənədli film rejissorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a FHN-dən məlumat verilib.

Ən son

GÜNDƏM

Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

GÜNDƏM

Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin